Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil

Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyilYaxın Şərqdə dərinləşən böhran və Hörmüz boğazı ətrafında gərginləşən hərbi-siyasi vəziyyət qlobal təhlükəsizlik sistemini yeni sınaq qarşısında qoyub. Regionda hərbi balansı dəyişən bu qarşıdurma, eyni zamanda Cənubi Qafqazın və Azərbaycanın təhlükəsizliyi baxımından xüsusi diqqət tələb edir.
Mövcud mənzərəni şərh edən ərəbşünas alim, politoloq Rafael İbrahimov Hörmüz boğazındakı böhrandan çıxış yollarını dəyərləndirib və baş verənlərin ölkəmizə təsirlərini diqqətə çatdırıb. Ekspert vurğulayır ki, regionda köhnə status-kvoya qayıtmaq artıq mümkün deyil.
Hörmüz boğazında hərbi situasiya: HDQ, raketlər və HHM
Hörmüz boğazındakı hərbi durumu dəyərləndirən Rafael İbrahimov bildirir ki, orada faktiki olaraq "asılı vəziyyət" yaranıb: "İran bu münaqişədə sırf uduzmadığı üçün artıq özünü qalib hesab edə bilər. ABŞ isə Ukraynadakı hərbi əməliyyatlar, Fələstindəki faciəvi hadisələr və İrana endirilən ardıcıl zərbələr fonunda sursat ehtiyatlarını böyük ölçüdə tükəndirib. Bundan əlavə, Vaşinqtonun regionda qoşun yerləşdirə biləcəyi hərbi bazaların demək olar ki, hamısı sıradan çıxarılıb".
Ekspertin sözlərinə görə, digər vacib faktor İranın əlində olan ballistik və supersəs raketləridir. Bu silahlar ABŞ Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan gəmilərini müdafiəsiz qoyur. Gəmilər raket təhlükəsi səbəbindən sahilə yaxınlaşa bilmir, aviasiya isə havada əlavə yanacaq doldurmağa məcbur olur ki, bu da ikiqat zəiflik yaradır. Politoloq hesab edir ki, ABŞ-nin "Patriot" (PAC-2, PAC-3) HHM sistemləri köhnə texnologiyaya əsaslandığı üçün manevr edən ballistik və supersəs raketləri tutmaqda çətinlik çəkir.
İranın müdafiə infrastrukturu və quru əməliyyatlarının imkansızlığı
İranın müdafiə potensialına toxunan R. İbrahimov vurğulayır ki, rəsmi Tehran belə bir ssenariyə 1978-ci ildən bəri hazırlaşır: "İran daxilində dağların altında 27-dən 30-a qədər tam muxtar, yeraltı hərbi baza qazılıb. İran təbii geoloji baxımdan keçilməz bir qaladır. Hərbi analitiklərin hesablamalarına görə, İranı işğal etmək üçün ABŞ-yə ən azı 500 minlik canlı qüvvə lazımdır və bu kontingent belə uğura zəmanət vermir".
Ekspert əlavə edir ki, ABŞ heç vaxt uzunmüddətli quru müharibəsi aparmayıb və canlı qüvvə itkilərinə həddən artıq həssas olduğu üçün belə bir əməliyyata gedə bilməz.
Azərbaycanın XXI əsr hərb tarixinə gətirdiyi novatorluq
Azərbaycanın hərbi təcrübəsindən danışan Rafael İbrahimov deyir ki, xarici və ərəb ekspertləri, eləcə də Pentaqon mütəxəssisləri ölkəmizi XXI əsrin müharibə novatoru kimi qəbul edirlər: "Azərbaycan dünyada 2020-ci ildən başlayaraq PUA-ları piyada, artilleriya və tank birləşmələri ilə tam harmoniya şəklində tətbiq edən ilk ölkə oldu. Azərbaycan taktiki dronları quru əməliyyatları ilə sintez edərək dərsliklərə düşəcək bir qələbə qazandı. Bu model PUA texnologiyasının hərbi-iqtisadi baxımdan zəif olan ölkəni nəhəng güclər qarşısında bərabərləşdirə bildiyini sübut etdi".
Qlobal böhranın Azərbaycana təsirləri
Rafael İbrahimovun fikrincə, yaşanan bu mürəkkəb proseslər fonında Azərbaycanın strateji mövqeyi daha da güclənir. Ölkəmiz regionda neft və qazını birbaşa Avropa bazarlarına çıxaran yeganə dövlətdir ki, bu da qlobal enerji böhranı fonında geoiqtisadi dəyərimizi kəskin artırır.
Politoloq son olaraq qeyd edir ki, Azərbaycan əldə olunan hərbi təcrübə ilə kifayətlənməyərək öz PUA və Radioelektron Mübarizə (REMB) sistemlərini inkişaf etdirməyə, cəbhədəki son texniki yenilikləri diqqətlə təhlil etməyə və çoxvektorlu balanslaşdırılmış xarici siyasət kursunu uğurla davam etdirməyə davam edir. / azxeber.com

Siyasi       Tarix: 06 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüş iştirakçılar

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

Oktyabr 30-da Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşü keçirilib. xəbər verir ki, "Türk əsri: Dildə, fikirdə və əməldə birlik" şüarı altında təşkil olunan zirvədə Türkiyə

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezenesi son xeber cəbhədən son məlumatlar bu gune olan xeberler