Yaxşıdır demək olmaz' - Rəqsanənin vəkili
Dələduzluqda ittiham olunaraq həbs edilən müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılmaq üçün məhkəməyə müraciət edəcək.
azxeber.com xəbər verir ki, bu barədə Musavat.com-a müğənninin vəkili Hikmət Əliyev açıqlama verib.
O, onkoloji xəstəlikdən əziyyət çəkən müğənninin səhhətinin qənaətbəxş olduğunu bildirib:
"Ev dustaqlığına buraxılması üçün hələ müraciət etməmişik. Amma müraciət edəcəyik. Həbsdə xəstə olan bir xanım üçün yaxşıdır demək düzgün deyil. Səhhəti qənaətbəxşdir. İşin gedişatına uyğun mediaya açıqlama verəcəyik".
Qeyd edək ki, Rəqsanə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Bu növ cinayətdə ən əsası zərərçəkmişə dəymiş ziyanın ödənilməsi yüngülləşdirici hal hesab edilir. Əks halda şəxs 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Bu gün isə müğənninin əri Fazil Əmiraslanovun ifadəsi alınıb.
Polisə çağırılan Fazil Əmiraslanov istintaqın suallarını cavablandırıb.

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür