Yay mövsümünün başlanması koronavirusla mübarizədə yeni qərarlara ehtiyac yaradır

Yay mövsümünün başlanması koronavirusla mübarizədə yeni qərarlara ehtiyac yaradırYay mövsümünün başlanması koronavirusla mübarizədə yeni qərarlara ehtiyac yaradır
"2020-ci ildə elan olunmuş COVID-19 pandemiyası dünya iqtisadiyyatına mənfi təsir göstərdi. Bir sıra inkişaf etmiş dövlətlərin rəsmi beynəlxalq hesabatlarda əks olunan göstəricilərinə əsasən pandemiya dünyada xeyli iqtisadi geriləməyə səbəb olub. Azərbaycan Hökumətinin 2020-ci il Hesabatında da koronavirus pandemiyasının iqtisadiyyatımıza təsir göstərdiyi və təqribən 4.5 faiz geriləmənin müşahidə olunduğu qeyd olunub". 
Bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev Oxu.Az-a açıqlamasında bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin göstərişi ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah qısa müddət ərzində mühüm qərarlar verib və ölkədə iqtisadi subyektlərin, vətəndaşların iş yerlərinin, pensiya və müavinətlərinin, həssas qrupu əhatə edən insanların, habelə ölkə vətəndaşlarının sağlamlıqlarının qorunması üçün kifayət qədər maliyyə vəsaiti dövlət büdcəsindən ayrılib. 
"Səhiyyə sahəsində institutsional islahatlar aparılmış, pandemiya ilə mübarizədə beynəlxalq təcrübə öyrənilməklə yanaşı, ən müasir və qabaqcıl metodlar ölkə səhiyyəsinin yaxşılaşdırılmasına yönəlibdir. Əsas məqsəd insan sağlamlığının qorunması, virusun yayılmasının qarşısının alınması və vaksinasiya prosesini təşkil etməklə mütəşəkkilliyi təmin etməkdir. 
Nazirlər Kabineti yanında Operativ Qərargah, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsi (TƏBİB) tərəfindən müxtəlif dövlətlərin hazırladığı vaksinlər ölkəyə gətirilmiş və pandemiyanın dalğalanmasının qarşısının alınmasında bütün səhiyyə işçilərimizin iştirakı ilə əməli tədbirlər görülüb. Təsadüfi deyil ki, vurulan vaksinlərin sayına görə Azərbaycan MDB məkanında lider dövlətdir. 
Hazırda sağalanların yoluxanlara nisbətdə daha çox olması, qabaqlayıcı tədbirlərin tətbiqi karantin rejimi ilə bağlı yeni əlavə yumşaldıcı qərarların verilməsinə imkan yaradır. Yay mövsümünün başlaması, havaların isti keçməsi xəstəliyi olan yaşlı insanlarımızın səhhətində əlavə problemlər yaratdığından, eyni zamanda kənd təsərrüfatı ilə məşğul olan kəndçi və fermerlərimizin işlərinin asanlaşdırılması üçün açıq havada qoruyucu tibbi maskalardan istifadəyə dair yeni qərarların hazırlanmasına ehtiyac duyulur. 
Həmçinin, yay mövsümündə açıq havada el şənliklərinin, zəruri və əhəmiyyət kəsb edən tədbirlərin keçirilməsi ilə bağlı da yeni qərarların verilməsinin və mexanizmlərin yaradılmasının faydalı olacağını düşünürəm". 
M.Əfəndiyev bildirib ki, Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 04 fevral 2021-ci il tarixində təşkil olunan onlayn dinləmədə Səhiyyə Nazirliyinin, İcbari Tibbi Siğorta üzrə Dövlət Agnetliyinin vəTƏBİB-in rəhbərlərinin məsələ ilə bağlı yay aylarında açıq havada qoruyucu tibbi maskadan istifadə qaydalarının yenilənməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargaha təkliflərlə çıxış edəcəklərinə dair mesajlar səslənib:
"Düşünürəm ki, bu məsələlər bir tərəfdən hər bir vətəndaşın özünü və sağlamlığını qoruması üçün bütün gigiyena tədbirlərindən istifadə etməsinə, digər tərəfdən də iqlim dəyişikliyi fonunda yeniləşdirilmiş əlavə qərarların mənimsənilməsinə şərait yaratmaqla birlikdə bu virusa qalib gələcəyimizi təmin edəcəkdir".

Siyasi       Tarix: 19 may 2021
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi


azerbaycan xeberleri yeni xeberler son xeberler kriminal xeberler sonxəbər cəbhədən ən son xəbərlər metbuat