Yayın istisinin təhlükəli tərəfləri – NECƏ QORUNMALI?

Yayın istisinin təhlükəli tərəfləri – NECƏ QORUNMALI?İsti yay günlərini yaşayırıq. Mütəxəssislərin proqnozlarına görə, yeni başlayan iyul ayında davamlı olaraq isti hava kütlələri havanı daha da qızmar edəcək. İsti yay günləri insan sağlamlığına necə zərər verir? Orqanizmi qorumaq üçün hansı addımları ata bilərik?
Milli.Az gencaile.az-a istinadən koronavirus pandemiyasının olduğunu da nəzərə alaraq, türkiyəli professor, ağciyər xəstəlikləri üzrə mütəxəssis Əhməd Rasim Kiçikustanın isti havanın zərərini azaltmaq üçün verdiyi tövsiyələrini təqdim edir.
- Temperatur və nəm yüksəlib. Belə hava insan sağlamlığına necə təsir edir?
- Temperaturla bərabər nəmin də yüksəlməsi insanın isti havadan daha çox təsirlənməsinə səbəb olur. Nəmin artmasının yaratdığı ən böyük təhlükə tərləmənin qarşısını almasıdır. Yüksək temperatura qarşı insanın iki cür müdafiə mexanizmi var. Bunlardan biri dəridəki damarların genişlənməsi, digəri isə dəri vasitəsilə orqanizmdən suyun atılmasıdır. Nəm artdığı zaman orqanizmdən suyun atılması prosesi pozulur. Tərləmə olmadığı üçün suyu dəri vasitəsilə atmaq mümkün olmur. Bu hal uzun müddət davam etdikdə orqanizmin daxili temperaturu yüksəlməyə başlayır. Bu da orqanizm üçün təhlükəli haldır.
- Temperatur və nəmin artması hansı xəstəlik və narahatlıqlara səbəb olur?
- İsti hava bir çox narahatlıq və ağrılara səbəb olur. Bunlardan biri qol və ayaq əzələlərində əmələ gələn ağrılardır. Bəzən qarın əzələlərində də belə ağrılar ola bilir.
İkincisi, isti havanın yaratdığı tükənmişlikdir. İsti havada demək olar ki, bütün insanlar bu problemdən əziyyət çəkir. Hamımızda yorğunluq, halsızlıq, yatmaq istəyi olur. Bu hallar isti havadan baş verən bitkinlikdir. Lazım olan qədər su və duz qəbul etməklə bu vəziyyəti düzəltmək olar. İsti havanın ən təhlükəli tərəfi günvurmadır.
- Günvurma necə olur?
- Günvurma zamanı orqanizm daxili istiliyini sabit saxlaya bilmir və getdikcə yüksəlməyə başlayır. Daxili temperatur 41 dərəcəyə yüksəldiyi zaman isə ölüm təhlükəsi yaranır. Şüurun pozulması, baş gicəllənməsi və ağrısı, nitqin pozulması, sayıqlama və xəyal görmə, dil qatlanması və koma kimi təhlükəli hallar ortaya çıxa bilər.
- İsti və nəmli hava daha çox kimlərə təsir edir?
- Bu cür havadan daha çox ürək xəstələri və ağciyər xəstəlikləri olanlar, təzyiq və şəkərdən əziyyət çəkənlər, böyrək xəstələri təsirlənir. Uşaq və yaşlılar da isti havadan əziyyət çəkir. Çünki hər ikisi su ehtiyacını ödəməyə bilər. Uşaqların orqanizminin böyük bir hissəsi su olduğu üçün isti tərləmə vasitəsilə su itkisinə daha həssasdırlar. Qeyd edim ki, orqanizmdə hər hansı xəstəliyi olmayanlar da isti və nəm havadan təsirlənə bilərlər.
- İstidən qorunmaq üçün nə etmək lazımdır?
- Əgər insanların çöldə işləri yoxdursa, isti havalarda qapalı yerdə vaxt keçirmələri daha məsləhətlidir. Biz çox zaman havası təmiz olmadığı üçün insanlara ticarət mərkəzlərinə getməməyi tövsiyə edirik. Amma isti havalarda bu cür sərin məkanlarda vaxt keçirmək daha yaxşıdır.
Bayırda işi olanlar isə mümkün olduğu qədər Günəş altında az qalsınlar. Şlyapa və gün eynəyi taxmaq, pambıq paltarlar geymək lazımdır. Qızmar günəşli günlərdə çətirdən istifadə məsləhətdir. Orqanizmi yormaq, idman etmək olmaz. Fürsəti olanların sərin bir yerdə 25-30 dəqiqə yatmaları, ilıq su ilə çimmələri yaxşı olar. Çox yemək olmaz. Həzmi asan olan qidalar- duru və zeytunyağlı qidalar istifadə etmək yaxşı olar. Dəniz və hovuza getmək imkanı olanlar bundan istifadə edə bilər.
- Xüsusilə hansı saatlarda bayıra çıxmaq olmaz?
- Günəşin altında qalmaq onsuz da heç doğru deyil. İnsanlar yüksək faizli günəşdən qoruyucu kremlərdən istifadə edirlər. Halbuki bu kremlərin dəri xərçəngindən qoruduğuna dair əlimizdə heç bir dəlil yoxdur. Ona görə Günəş altında qalmamalıyıq. Lakin orqanizmin Günəşə də ehtiyacı var. İdeal olanı günəşli günlərdə, günorta saatlarında 15-20 dəqiqə günəş vannası qəbul etməkdir ki, bu, sağlamlıq üçün son dərəcə faydalı və sağlam həyat üçün şərtdir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 11 iyul 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Bu yazını ürək xəstələri oxusun

Gecə boyunca necə yatdığımızı çox vaxt fərq etmirik. Lakin yan, arxası üstə və ya üzüaşağı yatmaq təkcə rahatlıq məsələsi deyil. Bu seçim mədədə turşuluğun artmasından boyun ağrısına, xoruldamaqdan yuxuda nəfəs almaya qədə

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber saytlari xankendi cəbhədən son görüntülər xeber