Yelena Zelenskaya Navalnının xanımına niyə qəzəblidir? - Baydenə "yox" dedi
Ukrayna prezidentinin həyat yoldaşı Yelena Zelenskaya və rus müxalifətinin mərhum lideri Aleksey Navalnının xanımı Yuliya Navalnaya ABŞ prezidenti Cozef Baydenin konqresdəki illik müraciəti ilə bağlı tədbirə qatılmaqdan imtina ediblər.
KONKRET.az ABŞ mediasına istinadən xəbər verir ki, martın 7-də baş tutacaq tədbirdə Baydenin "ölkədəki vəziyyət haqqında" məruzə edəcəyi gözlənilir.
ABŞ mediası iddia edir ki, Ukrayna tərəfi Yuliya Navalnayanın tədbirdə iştirakını xoş qarşılamayıb və o, təbdirə qatılmaqdan imtina edib. Əsl səbəbin Aleksey Navalnının 2014-cü ildə Krımın ilhaqını dəstəkləməsi olduğu bildirilsə də, rəsmi açıqlamada buna eyham vurulmayıb. Ağ Ev sözçüsü Yelena Zelenskayanın tədbirə qatılmamaq qərarını "gərgin iş qrafiki" ilə əlaqələndirib.
Bu arada isə Yuliya Navalnayanın da təbdirə getməkdən imtina etdiyi məlum olub. Navalnı komandasının mətbuat katibi Kira Yarmış səbəb kimi Yuliyanın yorğunluğunu göstərib.
"Yuliyanın əri iki həftə əvvəl ölüb. Bütün bu müddət ərzində o, səfərlərdə olub. Bu gün onun evə gəldiyi ilk gündür. Hər bir insan kimi onun özünə gəlməsi üçün zamana ehtiyacı var. O, dəvəti yüksək qiymətləndirsə də, indi özünə gəlməsi lazımdır", – deyə Yarmış bildirib.
Baydenin çıxışında respublikaçı konqresmenləri Ukraynaya maliyyənin ayrılmasını "mümkün qədər tez" təsdiq etməyə çağıracağı gözlənilir.
Xatirə SADİQ,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"