Yelo Bank 3-cü rübü mənfəətlə başa vurub

Yelo Bank 3-cü rübü mənfəətlə başa vurubYelo Bank 2025-ci ilin ilk 9 ayının maliyyə nəticələrini açıqlayıb. Bankın mühüm maliyyə göstəricilərində pozitiv dinamika bu rüb də davam edib. Cari il ərzində Yelo Bank 25 mln manata yaxın mənfəət əldə edib. Xüsusi vurğulamaq lazımdır ki, həm əmanət, həm də kredit portfeli 1 milyard manatı keçib. Detallara nəzər yetirdikdə:
İlin əvvəlindən kredit portfeli 119 mln manat, 12%-dən çox artımla 1 mlrd 53 mln manatı keçib. Bankın, prioritetlərinə uyğun olaraq, biznes kreditlərinin həcmi ümumi kredit portfelinin tərkibində genişlənməkdə davam edib.
2025-ci ilin ilk 9 ayında sahibkarlara 474 mln manat biznes krediti verilib. Nəticədə bu istiqamət üzrə portfel ilin əvvəlindən 59 mln manat, 10% artımla 646 mln manatı ötüb.
Xüsusilə regionlarda mikro bizneslərin maliyyələşdirilməsi Bankın diqqət mərkəzindədir. Cari il ərzində mikro bizneslərə Bank tərəfindən 305 mln manat vəsait ayrılıb. Ümumilikdə il ərzində mikro biznes kredit portfeli 48,6 mln manat, 14% artıb, nəticədə rübün sonuna mikro biznes portfeli 395 mln manat təşkil edib.
Eyni müddətdə 284 milyon manatdan çox istehlak krediti ayrılıb. Nəticədə istehlak kredit portfeli 407 mln manatı ötüb, bu da ilin əvvəli ilə müqayisədə 60 mln manat, yəni 17%-dən çox artım deməkdir. Portfel artımının 40%-i, eləcə də satışların 38%-i məhz onlayn kanalların payına düşür.
Hesabat dövrü ərzində Yelo Bank-ın əmanət portfeli də böyüyüb. Ümumi əmanət portfeli ötən ilin sonu ilə müqayisədə 111 mln manat, 12% artmaqla bu ilin üçüncü rübünün yekununda 1 mlrd 40 mln manat təşkil edib. Artımın mühüm hissəsinin fiziki şəxslərin əmanətləri hesabına baş verməsi Bankın məhsul və xidmətlərinin cəlbedici olduğunu göstərir.
Bankın kapital mövqeyi də güclənib: hesabat dövründə məcmu kapital 168 mln manat təşkil edir, bu da ilin əvvəlindən 13% çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13,68%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 9,93% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir. Rübün sonuna Bankın aktivlərinin həcmi də 12% artaraq 1 mlrd 444 mln manat təşkil edib. Faiz gəlirləri 130 mln manatı, qeyri-faiz gəlirləri isə 11 mln manatı ötüb.
Yelo Bank İdarə Heyətinin sədri Anar Həsənov dövrün göstəricilərini belə şərh edib: "2025-ci ilin ilk doqquz ayının nəticələri göstərir ki, Yelo Bank qarşıya qoyduğu strateji hədəflərə doğru inamla irəliləyir. Maliyyə göstəricilərimiz – kredit və əmanət portfellərinin hər ikisinin 1 milyard manatı aşması, kapital və aktivlərdəki artım planlarımızın uğurla reallaşdığını təsdiqləyir. Yeni strateji dövrün çağırışlarına uyğun olaraq, müştərilərimiz üçün əlavə dəyər və loyallıq yaradan bankçılıq mühitini formalaşdırmaqda davam edirik. Rəqəmsal həllərimiz maliyyə xidmətlərinə çıxışı asanlaşdırmaqla yanaşı, bizneslərin dayanıqlı böyüməsinə mühüm dəstək verir. Əldə olunan nəticələr isə təsadüfi deyil – bunlar peşəkar komandamızın əməyinin və müştərilərimizin bizə göstərdiyi etimadın bəhrəsidir. Qarşıdakı dövrdə də birlikdə daha böyük nailiyyətlərə imza atacağımıza əminik".
Bank xidmətləri () haqqında ətraflı məlumat almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq! / azxeber.com

İqtisadiyyat       Tarix: 15 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən "Kontakt"ad günü ərəfəsində onlayn alış-veriş platforması olan saytınıyeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır. Bu, -ı

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Azercell-dən "MiFi" və "Wi-Fi" cihazı əldə et, internetdən daha əlverişli şərtlərlə yararlan

Azercell "MiFi" və "Wi-Fi" cihazlarını əldə edən abunəçilər üçün xüsusi təklif təqdim edir. Kampaniya çərçivəsində bu cihazları alan abunəçilərə 60 GB internet paketi hədiyyə olunur. Eyni zamanda, müştərilər

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler oxu.az xeberler metbuat xeberleri ensonxeberler