Yelo Bank reabilitasiya mərkəzindəki uşaqlarla birgə quşlar üçün yuvalar hazırladı - FOTOLAR
Aprel ayı Autizm Maarifləndirmə ayı kimi qeyd edilir. Bu münasibətlə Yelo Bank-ın və "GID CSR Consulting"in birgə təşəbbüsü ilə növbəti sosial tədbir həyata keçirilib.
azxeber.com xəbər verir ki, "Balaca əllərlə rəngli yuvalar" adlı tədbir 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzində baş tutub. Layihənin əsas məqsədi Mərkəzdə müalicə alan uşaqlara erkən yaşlarından təbiətdəki dostlarımıza qarşı mərhəmət, sevgi hisslərini aşılamaqdır.
Tədbir autizm spektrli və sağlamlıq imkanları məhdud uşaqlarla iş üzrə ixtisaslaşmış psixoloqun interaktiv təlimi ilə başladı və daha sonra quşlar üçün yuvaların qurulması ilə davam etdi. Yekunda uşaqlara Yelo Bank tərəfindən sertifikat və hədiyyələr təqdim olundu. Uşaqların imzası ilə tamamlanmış quş evlərindən bir neçəsi Reabilitasiya Mərkəzinin bağçasındakı ağaclarda yerləşdirildi, digərlərini isə tezliklə Bakı şəhərindəki digər park ərazilərində görə biləcəksiniz.
Xatırladaq ki, bu, Yelo Bank-ın sahibsiz heyvanların qayğısı üçün həyata keçirdiyi ilk sosial layihə deyil. Bundan öncə bank əməkdaşlarının övladları pişik evləri hazırlamış və küçə heyvanlarının xüsusiyyətləri ilə və onlara düzgün rəftarla bağlı interaktiv təlimdə iştirak etmişdi. Hazırda pişik evləri müxtəlif ictimai-iaşə obyektlərinin qarşısında yerləşdirilib.
Yelo Bank autizmli və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün daha gözəl bir mühitin formalaşdırılması naminə sosial layihələrinə davam edəcək.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!
Yelo Bank – Parlaq bankçılıq!







Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR