Yeltsinin SSRİ-ni dağıtmaq üçün ilk cəhdinin təfərrüatları ortaya çıxıb

Yeltsinin SSRİ-ni dağıtmaq üçün ilk cəhdinin təfərrüatları ortaya çıxıbYeltsinin SSRİ-ni dağıtmaq üçün ilk cəhdinin təfərrüatları ortaya çıxıb
Rusiyanın ilk Prezidenti Boris Yeltsin birinci dəfə 1991-ci ilin yazında SSRİ-ni dağıtmağa cəhd edib. Bu barədə "Komsomolskaya pravda"ya müsahibəsində Rusiya Sovet Federal Sosialist Respublikası Ali Şurasının sabiq spikeri Serqey Baburin bəyan edib.
Onun sözlərinə görə, Yeltsin ilk dəfə belə bir təkliflə Moskvada keçirilən rəsmi iclasın fasiləsində çıxış edib. Lakin o vaxt nə Qazaxıstan SSR-nin Prezidenti olan Nursultan Nazarbayev, nə Belorusiya SSR Ali Şurasının sədri Nikolay Dementey siyasətçinin bu fikrini dəstəkləməyiblər.
"Bir az tərəddüdlə onları (Ukrayna SSR Ali Şurasının sədri Leonid) Kravçuk dəstəklədi! Yeltsin də söhbəti fırlatdı ki, "oy, mən zarafat edirdim". Ancaq elə həmin o cəhdinə görə onu həbs eləmək lazım idi", - deyə Baburin söhbətin təfərrüatlarını açıqlayıb.
O, əlavə edib ki, SSRİ Prezidenti Mixail Qorbaçov bu söhbətdən xəbərdar olsa da, heç bir tədbir görməyib.
"Həmin vaxt bilməsə də, çox tezliklə bunu öyrəndi... Lakin fakt budur ki, hər zaman fəlakət astanasında olanda Yeltsinin köməyinə məhz o gəlirdi", - deyə Baburin aydınlıq gətirib. 
Yeltsinin SSRİ-ni dağıtmaq üçün ilk cəhdinin təfərrüatları ortaya çıxıbQeyd edək ki, Müstəqil Dövlətlər Birliyi (MDB) 8 dekabr 1991-ci ildə yaranıb. Həmin tarixdə Belarusun Brest şəhəri yaxınlığındakı "Belovejskaya Puşşa" qoruğundakı "Viskuli" hökumət iqamətgahında bir araya gələn Rusiya, Ukrayna və Belarusun rəhbərləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç "Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında" bəyanat imzalayıblar.
Həmin sənədlə SSRİ-nin təşkilinə dair 1922-ci il 30 dekabr tarixli İttifaq müqaviləsinə xitam verilib. Beləcə, Sovet İttifaqı yaranmasının 69-cu ildönümünə üç həftə qalmış süqut etdi.
Yeltsinin SSRİ-ni dağıtmaq üçün ilk cəhdinin təfərrüatları ortaya çıxıb

Maraqlı       Tarix: 07 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır

Türkiyədə "112"yə qəribə zəng: "Yanğınsöndürən çağırın, ürəyim yanır. Türkiyədə "112" Təcili Zəng Mərkəzinə edilən qəribə müraciət gündəm olub. Bu barədə mərkəzin zənglərlə bağlı hesabatında məluma

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı

Gündə hansı miqdarda spirtli içkinin xərçəng riskini artırdığı açıqlandı. "Gündə 45 qram etil spirti istehlakı mədə xərçəngi ehtimalını artırır". Bu barədə rusiyalı həkim-onkoloq Vladislav Yevseyev xəbərdarlıq edib

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber.az 2026 cəbhədən yeni xəbərlər sou biznes bugünki xəbərlər