Yeməli göbələklərin gözlənilməz təhlükələri açıqlandı - FOTO
Yeməli göbələklərin gözlənilməz təhlükələri açıqlandı - FOTO
"Hətta yeməli göbələklərin tərkibində sağlamlıq üçün təhlükəli olan maddələr ola bilər".
Bu barədə rusiyalı tanınmış qastroenteroloq Yekaterina Kaşux xəbərdarlıq edib.
Onun sözlərinə görə, maşınların sıx hərəkət etdiyi yolların yaxınlığında və ya şəhər parklarında bitən göbələklərdə ağır metalların duzları və pestisidlər ola bilər ki, bu da zəhərlənmələrə səbəb olur.
Mütəxəssis zol-zol papaqlı göbələk, svinuşka, yağlı göbələk və keçigöbələyinin radioaktiv seziumu kifayət qədər intensiv şəkildə topladığını, ağ göbələklərdə və şampinonlarda civə, qara göbələklərdə isə mis ola biləcəyini deyib.
"Göbələk yetişmə mərhələsinə daxil olanda onun tərkibində zərərli maddələr əmələ gəlməyə başlayır. Bu cür göbələkləri çiy və ya kifayət qədər istiliklə işlənməmiş formada yemək zərərlidir".
Kaşux köhnə göbələklərin də təhlükə yarada biləcəyini deyib:
"Köhnə göbələklərdə həşərat sürfələri, göbələklər, həmçinin bağırsaq çöpü, stafilokoklar, enterokoklar, streptokoklar və s. kimi patogen mikroorqanizmlər də ola bilər".
Həkim bildirib ki, zəhərlənmənin qarşısını almaq üçün göbələkləri düzgün emal etmək və saxlamaq vacibdir.
"Yığım günündə onlar çeşidlənməlidir, təmizlənməlidir və qaynadılmalıdır. Bundan sonra, göbələklər bir gün soyuducuda qala bilər - bu müddət ərzində onlarda özünü məhvetmə prosesi dayandırılacaq.
Başqa bir seçim, göbələkləri yaxşıca yaxalamaq, pörtlətmək və dondurucuya göndərməkdir. Bu formada onlar təxminən bir il saxlanıla bilər", - deyə həkim sözlərini yekunlaşdırdı.
Mənbə: Gazeta.ru / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR