Yeni il süfrəsi qurmaq dəbdən düşür: ƏNƏNƏLƏR DƏYİŞDİ
"Yeni il hazırlıqları və süfrə xərclərinin artması bayram sevgisini öldürən əsas iqtisadi amil deyil".
KONKRET.azxəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib.
Onun sözlərinə görə, qiymətlərdə hər il müəyyən artımlar müşahidə olunur və bu tendensiya keçmiş illərdə də mövcud olub:
"Son illərdə qiymət artımından ziyadə, əhalinin istehlakçı davranışlarının dəyişməsi insanları ənənəvi ev süfrələrindən uzaqlaşdırıb. Kafe və restoranların yeni il ərəfəsində fərqli abu-hava formalaşdırması və qiymətlərin münasibliyi vətəndaşları daha çox həmin məkanlara yönləndirir.
Noyabr ayından başlayan endirim kampaniyaları və kommersiya təzyiqi əhalinin yalnız müəyyən bir qismi üçün cəlbedici olur. Əhalinin orta aylıq gəlirləri nəzərə alındıqda, bu cür kampaniyalar hər kəsə iki ay əvvəldən hazırlıq görməyə imkan vermir".
Ekspert qeyd dib ki, artan yaşayış xərcləri fonunda bayram xərcləmə strategiyaları insanların gəlir və xərclərinə uyğun olaraq fərqlənir:
"Bəzi vətəndaşlar xərclərdən yayınmaq üçün rayonlara və ya evlərinə üz tuturlar, bəziləri isə büdcələrinə uyğun olaraq qeydlər edirlər. Ümumi olaraq son illərdə əvvəlki illərlə müqayisədə xərclərdə müəyyən qədər azalma müşahidə olunur".

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir