Yeni pandemiya gözlənilir: "Bəzən kiçik bir yara ölümlə nəticələnə bilir" – MÜSAHİBƏ

Yeni pandemiya gözlənilir: Koronavirus pandemiyasından sonra qızılca xəstəliyinin sürətlə yayılması əhali arasında təşvişə səbəb olub. Sosial şəbəkələrdə və bəzi saytlarda yazılanlara inansaq, ölkədəki uşaqların az qala yarısı qızılcaya yoluxub. Demək olar ki, hər kəsin ömründə bir dəfə yoluxduğu bu xəstəliyin sürətlə yayılması insanlarda yeni pandemiyaya dair qorxu yaradıb. Kiminə görə, qızılca adi qrip hesab edilsə də, bu virusa yoluxaraq ölənlərin sayı da az deyil. Hətta Ruminyada yoluxma sayı çox olduğundan ümummilli qızılca epidemiyası elan edilib.
KONKRET.az ölkəmizdə də sürətlə yayılan qızılca ilə bağlı bir sıra məqamlara aydınlıq gətirmək üçün Tibb Universitetinin dosenti, həkim-farmakoloq Aydın Əliyevlə əlaqə saxlayıb. A.Əliyev mövzu ilə bağlı suallarımızı ətraflı cavablandırıb.
Yeni pandemiya gözlənilir: – Doktor, son vaxtlar qızılca, suçiçəyi kimi virusların geniş yayıldığını müşahidə edirik. Bu xəstəliyə daha çox kimlər yoluxur?
– Son zamanlar, xüsusilə, qızılca çox yayılıb. Məlumat üçün bildirim ki, üç aya qədər olan uşaqlarda virus əsasən müşahidə edilmir. Bunun da səbəbi odur ki, əgər körpənin anası zamanında bu xəstəliyə qarşı peyvəndlənibsə, immunitet qazanıbsa, onun dünyaya gətirdiyi uşaqda da, təqribən, 3 aya qədər qızılca müşahidə edilmir. Çünki ananın körpəyə ötürdüyü immunitet onu xəstəlikdən qoruyur. Bu səbəbdən qızılca ilk 3 aydan sonra müşahidə edilir və 5 yaşlı uşaqlar bu xəstəliyə daha çox yoluxur.
Xəstəliyin dörd mərhələsi var. Qızılca əsasən hava və damcı yolu ilə yoluxa bilir. Yoluxan insanlarda asqırmaq, öskürmək kimi hallar daha çox müşahidə edilir.
– Digər əlamətləri nələrdir?
– Qızılca virusu asqırıq və bəlğəm vasitəsilə digər uşaqlara keçir. Xəstəliyin ilk mərhələsində – 6-18 gün müddətində gizli dövr olur, yəni virus heç bir əlamətini göstərmir. Digər mərhələ gizli dövrdən sonrakı 3-4 gün müddətidir. Bu zaman xəstəliyin əlamətləri üzə çıxmağa başlayır. Yoluxan şəxsdə temperatur yüksəlir, asqırma, öskürək, bəlğəm, səsin xırıltısı, gözdə qızartı, yaşarma kimi əlamətlər müşahidə edilir. Xəstəliyi çox ağır keçirən şəxslər hətta işıqdan qorxur, üzlərində şişkinlik yaranır, teraxeya zədələnməsi baş verir. Selikli qişalarda ağ səpgilər və ətrafında qırmızı xətlər yaranır. Daha sonra selikli qişalarda qırmızı səpgilər əmələ gəlir. Sonrakı mərhələdə yenidən yüksək temperatur müşahidə edilir. Bu mərhələ 4-6 gün çəkir və yoluxan şəxsdə iri, qırmızı səpgilər yaranır. Bədənin hər yerində – gözdə, ağız boşluğunda, gözlə görünə bilən hər yerdə qırmızı səpgilər əmələ gəlir. Bu period isə sağalma mərhələsi hesab olunur və bədəndə, üzdə yaranan səpgilər sönməyə başlayır. Qırmızı rəngli səpgilər artıq açıq qəhvəyi rəngə çevrilir. Bu proses, təxminən, 7-10 gün davam edir. Qızılcanı çox ağır keçirən şəxslərdə sayıqlamalar, qarabasmalar ola bilər. Və ən vacib məqam odur ki, hansısa şəxsdə qızılca virusu simptomları müşahidə edilirsə, onu digər insanlardan izolyasiya etmək lazımdır. O şəxslər mütləq peyvəndlənməlidir. Əgər hər hansı səbəbdən peyvənd uyğun görülmürsə, bu zaman uşaqlara "Qamma qlobulin" yedirilməlidir. Bədənin immun sisteminin güclənməsi üçün virusa yoluxan körpənin otağının pəncərəsi açıq olmalıdır. Çünki təmiz hava vacibdir. Sanitar-gigiyenik qaydalar qorunmalıdır. Yəni uşağın bədəni tez-tez silinməli, ağız boşluğu təmizlənməli, çoxlu maye qəbul etməlidir. Eyni zamanda, xəstənin vəziyyətindən asılı olaraq həkim tərəfindən müxtəlif dərman vasitələri verilə bilər.
– Deyilənə görə, bu xəstəliyə hər kəs ömründə bir dəfə yoluxur. Həqiqətənmi belədir?
– Suçiçəyi, qızılca min illərdir insanlarda özünü büruzə verir. Bu xəstəliyi bir dəfə keçirən şəxs demək olar ki, bir daha yoluxmur. Çünki artıq bədənin bu xəstəliyə qarşı immuniteti formalaşır. Əgər müəyyən viruslar min illərdən bəri mövcuddursa, deməli, onların orqanizmə daxilolma yolları var və insan bədəni viruslara qarşı həssasdır, tez reaksiya verir. Bütün viruslardan qorunmağın əsas yolu isə gigiyenik qaydalara ciddi şəkildə əməl olunmasıdır.
– Bəs qızılcaya yoluxan şəxslər konkret necə müalicə olunmalıdır?
– Yuxarıda sadaladığımız kimi, xəstəliyin bir çox simptomları var. Və bu simptomlar insan bədəninin immun sisteminə görə özünü göstərir. Elə xəstə var ki, qızılca zamanı səs telləri zədələnir. Virus hansı orqanı zədələyirsə, o sahə üzrə həkimə müraciət edilməlidir. Hər kəsdə bu proses fərqli olur. Ona görə də həkim müayinəsi mütləqdir. Yəni hər dərmanı istifadə etmək olmaz.
– Ölkəmizdə qızılcanın sürətlə yayılması pandemiyaya səbəb ola bilərmi? Ümumiyyətlə, bu xəstəlik ölümlə nəticələnəcək qədər təhlükəlidirmi?
– Təbii ki, hamımızın orqanizmimiz xəstəliklərə qarşı eyni dərəcədə dözümlü deyil. Bəzilərinin immun sistemi zəifdir, bəzilərində genetik xəstəlik var. Söhbət ondan gedir ki, insanın bədəni zəif olduqda, ya da vaxtı ikən hər hansı xəstəlik keçirdikdə, nəinki qızılca, hətta cuzi yaralar belə ölümlə nəticələnə bilər. Yəni birbaşa səbəb qızılca, suçiçəyi olmasa belə, kiçik yaralar ölümə gətirib çıxarar. Təbii ki, qızılca, suçiçəyi də bəzən ölümə səbəb olur. Və bu da şəxsin immun sistemindən asılıdır. Bu məsələlər riyaziyyatdakı kimi, iki, üstəgəl, iki – dörd deyil.
– Suçiçəyi də qızılca virusu qədər yayqındır. Bu virusun əlamətləri nədir?
– Suçiçəyi virusu zamanı da dəridə çəhrayı rəngli qabarıq səpgilər müşahidə edilir. Bir neçə saat sonra bu səpgilər içi maye dolu qırmızı şəkil alır. Və əgər içi maye dolu səpgilər partlasa, izi qala bilər. Bu səpgilər qaşınma yaradır. İmmuniteti güclü olan şəxslərdə qaşınmalar daha az olur. İnfeksiyanın qarşısını almaq, suçiçəyi qaşıntısından xilas olmaq üçün müxtəlif lasyonlardan istifadə olunur. Daha ağır hallarda isə həkim nəzarəti altında müalicə prosesi başladılmalıdır. Azyaşlı uşaqlarda dırnaqlara diqqət etmək lazımdır. Çünki onlar tez-tez əllərini üzünə, ağız nahiyəsinə vururlar. Bu da suçiçəyinin sürətlə yayılmasına, eyni zamanda, qurd xəstəliyi kimi digər xəstəliklərin də yaranmasına səbəb ola bilər. Suçiçəyinə yoluxan şəxsin temperaturu yüksələrsə, qızdırmasalıcı dərmanlar vermək olar. Lakin uşaqlara Aspirin adlı dərman verilməməlidir. Çünki bu dərman uşaqlarda qaraciyərin yağlanması kimi ciddi fəsadlar yarada bilər.
Semra Ələkbərli,
KONKRET.az

Sağlamlıq       Tarix: 11 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Ürəyiniz sağlam, ömrünüz uzun olsun - Alimlər çarəni tapdı

Yaponiyalı alimlər ürək funksiyalarının yaşla bağlı zəifləməsini ləngidə və hətta qismən bərpa edə bilən yeni maddə aşkarlayıblar. KONKRET.azxəbər verir ki, tədqiqat Gakushuin Universiteti professoru Şigeru Yanaqi rəhbərliy

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Ağrıkəsicilərdən istifadə artıq çox insan üçün gündəlik vərdişə çevrilib. Azacıq ağrı hiss edən kimi həkimə yox, aptekə üz tuturuq. Yəni, ağrının səbəbini öyrənmədən nəticəni aradan qaldırmağa çalışırıq. Halbuki həkim rəy

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber xəbər.az sonxeber az son xeberler bu gun