Yevgeni Mixaylov: "ATƏT ikiüzlülük göstərir, erməni revanşizmi isə mümkün deyil

Yevgeni Mixaylov: "ATƏT ikiüzlülük göstərir, erməni revanşizmi isə mümkün deyilYevgeni Mixaylov: "ATƏT ikiüzlülük göstərir, erməni revanşizmi isə mümkün deyil"
ATƏT faktoru bu həftə aktiv şəkildə müzakirə olunur. Bu təşkilatın hazırkı sədri Ann Linde bölgəyə səfər edib və Minsk Qrupunu dəstəklədiklərini bildirib. Bakıda bu sözlərə xüsusi əhəmiyyət verilmədi, amma İrəvanda böyük coşğu ilə qarşılandı. Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin həllinin yalnız ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində mümkün olduğunu, bunun üçün "sülh prosesinin bərpası naminə" Minsk Qrupunun fəaliyyətini aktivləşdirməyin lazım olduğunu bildirib. Yenidən "Qarabağın statusunu müəyyənləşdirilməsi" və "Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu reallaşdırmağın" zəruriliyi barədə qəribə fikirlər səsləndirildi.
Elə təəssürat yaranır ki, N.Paşinyan Azərbaycanın tərkib hissəsi olmaqdan başqa Qarabağın hər hansı bir statusunu istisna edən bəyanata öz imzasını çəkdiyini unudub. Nədənsə işğalçı rejimin keçmiş "funksioneri" David Babayanla İrəvanda görüşən Ann Linde özü də münaqişənin həll edildiyini və Qarabağda hansısa separatçı rejimin olmadığını unutmuş kimi görünür.
ABŞ Prezidenti Co Baydenin Novruz bayramı münasibətilə Azərbaycan dövlətinin başçısı İlham Əliyevə göndərdiyi məktubdan isə görünür ki, ABŞ administrasiyası regiondakı vəziyyətin dəyişdiyini anlayır. Mətndə "sülh prosesinin bərpasına" deyil, ABŞ-ın "firavan və dinc gələcək naminə Ermənistanla Azərbaycan arasında barışığın təşviq edilməsinə" diqqət yetirilməsi təsadüfi deyil.
Beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, "Jurnalist araşdırması" adlı "Youtube" kanalınını aparıcısı Yevgeni Mixaylov Caliber.Az-a açıqlamasında qeyd edib ki, Ann Lindenin mövcud olmayan bir qurumun "nümayəndəsi" ilə görüşməsi açıq şəkildə təxribatdır.
"Aydındır ki, Qarabağ Azərbaycandır. Status məsələsini müzakirə etməyin anlamı yoxdur. Avropa sadəcə artıq həll edilmiş vəziyyətə ATƏT-in köməyi ilə bir növ qarşıdurma gətirməyə çalışır. ATƏT kənarda qaldı, münaqişəni üç ölkə - Rusiya, Azərbaycan və Ermənistan həll etdi. Bu zaman Türkiyə faktoru da nəzərə alındı".
- Minsk qrupu mövcud olduğu 30 ilə yaxın zamanda işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması üçün heç bir addım atmadı. İndi hər şey dünyanın bütün nəhəng güclərinin də qəbul etdiyi kimi Azərbaycanın qələbəsi ilə başa çatdıqda ATƏT öz oyununu oynamağa başlayır. Sülhməramlılıqdan danışmaq və eyni zamanda məğlub separatçı rejimdən mənasız insanlarla görüşmək ikiüzlülükdür. ATƏT-in nəzəri cəhətdən mümkün olan bütün müsbət təşəbbüsləri bu görüşlə silindi. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi müəyyən nəticələr çıxarıb.
- Bununla belə, ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ prezidentinin məktubunda artıq digər məqamlar görünür. Elə təəssürat yaranır ki, Vaşinqtonda Qarabağ münaqişəsinin onların iştirakı olmadan həll edildiyini anlayıblar. Sizə elə gəlmir?
- ABŞ-da anlayıblar ki, nə qədər çalışsalar da, "münaqişənin həlli qatarı" artıq gedib, onlar isə qatara çatmayıblar. Ancaq hər halda, illuziyalara qapılmağa dəyməz. ABŞ-da güclü erməni diasporası var və bunun təsiri ola bilər, o zaman isə ABŞ rəsmilərindən başqa açıqlamalar gələcək. İstənilən halda Vaşinqton regionu yaxından izləyəcək.
- Erməni cəmiyyətinin müəyyən hissəsinin qalmaqallarla məşhur siyasətçi Jirayr Sefilyan tərəfindən tez-tez səsləndirilən əhval-ruhiyyəsi haqqında soruşmaya bilmərəm. Bu günlərdə o, bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış bəyanat sadəcə kağızdır. Ermənistan isə bütün "itirilmiş torpaqları", eləcə də Naxçıvan, İğdır, Qars və s. qaytaracaq. Əlbəttə, bu sözlər cəfəngiyyat kimi qəbul edilə bilər. Lakin Ermənistanda kimsə onu dinləyir axı...
- Bu bəyanatlara əlbəttə ki, ciddi yanaşmağa dəyməz. Erməni revanşizmi mümkün deyil. Ancaq erməni ictimaiyyətində bu cür əhval-ruhiyyənin olduğu da nəzərə alınmalıdır. /oxu.az

Siyasi       Tarix: 21 mart 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi


yeni xeberler son xeberler azerbaycan xeberleri bugünki xəbərlər son xeberler bugun 2026 azerbaycan axsam.az xeberler xeber