Yol polisindən Gürcüstan nömrəli avtomobillərlə bağlı açıqlama

Yol polisindən Gürcüstan nömrəli avtomobillərlə bağlı açıqlamaYol polisindən Gürcüstan nömrəli avtomobillərlə bağlı açıqlama
Bu günlərdə Gürcüstan vətəndaşları olan soydaşlarımız istifadə etdikləri xarici nömrəli avtomobillərin Azərbaycan Respublikasında qalma müddətinə tətbiq ediləcək məhdudiyyətlə bağlı narahatlıq keçirirlər. Məhdudiyyət tətbiq edilməsi nəzərdə tutulan avtomobillərin yol təhlükəsizliyinə hər hansı təsirinin olub-olmaması ilə bağlı DİN Baş DYP İdarəsinin şöbə rəisi Kamran Əliyev Avtosfer.az saytına açıqlama verib. 
O bildirib ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması sahəsində qaydalar beynəlxalq müqavilələrə uyğun olsa da hər bir ölkənin müxtəlif qanunvericilik aktları, müxtəlif məbləğlərdə cərimələri, eləcə də bəzi fərqli standart və tələbləri var: 
"Bu baxımdan ölkəmizə gələn əcnəbilərin əksəriyyəti inzibati məsuliyyətin daha yüngül olmasından istifadə edib və xarici nömrəli avtomobil idarə etdikləri üçün xüsusi texniki vasitələrlə onlara nəzarətin mümkün olmadığını düşünərək tez-tez ciddi qayda pozuntularına yol verir, bununla həm təhlükəli vəziyyət yaradır, həm də yerli sürücülərimizin intizam səviyyəsinə də mənfi təsir göstərirlər. Məsələn, ən çox törədilən inzibati xətalardan hesab edilən sürət həddinin 40 km/saat həddində aşılmasına görə əgər qonşu Gürcüstanda 145 manat (76 avro) cərimə nəzərdə tutulursa, bizdə analoji xətaya görə 50 manat (26 avro), dayanma və ya durma qaydalarının pozulmasına görə Gürcüstanda 115 manat (61 avro) cərimə nəzərdə tutulursa, bizdə bu cərimənin məbləği 20 manatdır (10 avro).
Əlbəttə, bu o demək deyil ki, bizdə də əcnəbilərin ölkəmizdə yol hərəkəti qaydalarını tez-tez pozmalarının qarşısının alınması üçün cərimələrin miqdarı artırılmalıdır. Xeyr, sadəcə onlar da şəhərdəki nəqliyyat sıxlığını nəzərə almalı, harada gəldi avtomobili saxlamamalı və ən əsası da sürət rejiminə əməl etməlidirlər ki, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olmasınlar. Məlumat üçün bildirim ki, təkcə cari ilin 10 ayı ərzində respublikamıza 66.820 nəqliyyat vasitəsi daxil olub ki, onların da cəmi 11 minini uzunmüddətli, qalanını isə qısa müddətli səfərlər təşkil edib və bu avtomobilləri idarə edən şəxslər tərəfindən bu müddət ərzində 200 minədək yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilib".
Kamran Əliyev onu da qeyd edib ki, son vaxtlar sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sahibkarlar, həm fiziki, həm də hüquqi şəxslər tez-tez Baş DYP İdarəsinə müraciət edərək digər ölkə qeydiyyatında olan, xüsusilə də Gürcüstan nömrəli minik avtomobili ilə paytaxt ərazisində taksi, mikroavtobuslarla isə ölkənin müxtəlif istiqamətlərinə getməklə qeyri-qanuni sərnişin daşınması fəaliyyəti ilə məşğul olmalarının onların gəlirlərinin azalmasına səbəb olduğunu bildirirlər:
"Belə ki, həmin sahibkarlar haqlı olaraq vergi ödəyiciləri olduqları, habelə qanunauyğun qaydada avtovağzallardan hərəkətə başladıqları halda, daha ucuz qiymətə alınan xarici avtomobillərlə ayrı-ayrı məhəllələrdən sərnişin yığmaqla qanunsuz fəaliyyət göstərmələrini qeyd edir və belə halların qarşısının alınmasını dövlərdən tələb edirlər.
Bildiyiniz kimi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, eləcə də ekoloji çirklənmənin qarşısının alınması məqsədilə hələ 2014-cü ildən Avro-4 standartlarına cavab verməyən nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi və qeydiyyata alınması qadağan olunub. Bu səbəbdən artıq 5 ildən artıqdır ki, vətəndaşlarımız ölkəyə belə ucuz, təhlükəsizlik tələblərinə cavab verməyən avtomobilləri gətirib burada istifadə edə bilmirlər. Lakin bəzi xarici ölkə vətəndaşı olan soydaşlarımızın həmin avtomobilləri müvəqqəti gətirməklə daha ucuz qazanc yolu tapmaları qanuni şəkildə fəaliyyət göstərən sahibkarlarımızın ciddi narazılığına səbəb olur
Düşünürəm ki, Gömrük orqanlarının ölkəyə müvəqqəti daxil olan nəqliyyat vasitələrinə tətbiq etmək istədiyi məhdudiyyət əcnəbilərin hüquqlarının pozulması deyil, öz ölkə vətəndaşlarımızın sərbəst fəaliyyət hüququnun və ən başlıcası da respublikamızın avtomobil yollarında təhlükəsizliyin təmin olunması məqsədilə vaxtında atılan addımdır". /oxu.az

Sosial       Tarix: 30 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbərlər qurban bayrami 2026 xeberler bu qun beynelxalq bank mezenne