Yol polisindən sürücülərə Çağırış

Yol polisindən sürücülərə ÇağırışSon günlər respublika əhəmiyyətli magistral yollarda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülərin sükan arxasında yuxulaması ilə bağlıdır. Təkcə son bir ay ərzində bu səbəbdən ölüm və xəsarətlə nəticələnən 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
azxeber.com xəbər verir ki, hadisələrin təhlili göstərir ki, isti hava şəraitində səhhətində problemi olan, yuxu gətirən dərman preparatları qəbul edən, yaşı 60-dan yuxarı olan, gecə və uzun növbəli iş rejimində çalışan, uzaq məsafələrə fasiləsiz səfər edən, yuxu pozuntularından əziyyət çəkən, xroniki yorğunluğu olan, eləcə də alkoqol qəbulundan sonra psixofizioloji baxımdan hələ tam bərpa olunmamış sürücülər arasında sükan arxasında yuxulama hallarına daha tez-tez rast gəlinir. Belə vəziyyətdə avtomobil idarə etmək qəza riskini dəfələrlə artırır və nəticələr çox zaman ağır olur.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri
– yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə,
– soyuducu sistemi olmayan nəqliyyat vasitələri ilə günün daha sərin saatlarında yola çıxmağa,
– uzaq məsafələrə səfər zamanı hər 2 saatdan bir qısa müddətli fasilə verməyə,
– alkoqoldan istifadə etmiş sürücülərin, bədənlərində qalıq təsirlər davam etdiyi müddətdə avtomobil idarə etməməyə çağırır.
Unutmayın: sükan arxasında bir anlıq yuxululuq – bir ömürlük peşmançılığa səbəb ola bilər.

Sosial       Tarix: 29 iyul 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Magistraturaya qəbul planı artan və azalan universitetlər - SİYAHI

2026-cı il üzrə ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul planında bir sıra universitetlər üzrə artım, bəzilərində isə azalma qeydə alınıb. -un məlumatına görə, 2025-ci illə müqayisədə ən böyük say artım

3 yaşlı uşaq atasının idarə etdiyi texnikanın altında qalaraq vəfat etdi

Zərdab rayonunda faciəvi hadisə baş verib. xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb. İlkin məlumata görə, 3 yaşlı Əsma Kərimli atasının idarə etdiyi otbağlayan texnikanın altında qalaraq həyatını itirib

Azərbaycan nefti 109 dolları keçdi

Dünya bazarında neft qiymətləri kəskin bahalaşıb. milliaz-a istinadən xəbər verir ki, İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan neftinin CIF bazasında bir barelinin qiyməti əvvəlki göstəric

Kompüter qarşısında çalışanların nəzərinə

Gün ərzində uzun müddət kompüter qarşısında işləmək gözlərdə yorğunluq, quruluq, yanma və ağrıya səbəb ola bilər. Xüsusilə ekran qarşısında fasiləsiz qalmaq göz əzələlərinin gərginləşməsinə gətirib çıxarır. Mütəxəssislə

Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları

Yayın gəlişi, qovurucu istilər və artan fiziki aktivlik hər kəsin ortaq problemi olan tərləmə mövzusunu da gündəmə gətirir. Təbii olaraq, bu aylarda kosmetika mağazalarının rəflərindəki antiperspirant və dezodorantlara tələba

Qızıl ucuzlaşdı - Son qiymətlər açıqlandı

Qlobal əmtəə bazarlarında qızıl və gümüşün qiymətlərində eniş qeydə alınıb. xəbər verir ki, birja göstəricilərinə əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin iyun fyuçerslər

Kimlərə övladlığa uşaq verilmir? - Açıqlama

Sosial Xidmətlər Agentliyinin məlumatına əsasən, Azərbaycanda cari ilin ilk 6 ayında 77 uşaq övladlığa verilib. Bildirilib ki, onlardan 39-u qız, 38-i oğlandır. Qeyd edilib ki, övladlığa verilənlər arasında 3 yaşınadək uşaqla

Park salınan ərazidə qədim dövrə aid əşyalar tapıldı - FOTOLAR

Cəlilabad rayonunda abadlıq işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkarlanıb. xəbər verir ki, hadisə rayon ərazisində, "Narbağı" adlanan sahədə park salınması zamanı qeydə alınıb. Belə ki

"Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür" - "Space TV"nin açıqlaması

"Space TV" Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə həbs qoyulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. xəbər verir ki, bəhs olunan 140 min 313,06 ABŞ dolları məbləğində borc 2021-c


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun 2026 azerbaycan cəbhədən ən son xəbər en son xeberler sonxəbərlər