"Yolum uzaqdı deyə 18 yaşımda ərə getdim" - Dilarə Əliyeva
"Mən Sumqayıtda 12-ci mikrorayonun dairəsinə gəlirdim. Oradan Sumqayıt, Corat, Bakı. Hər gün yolum belə idi. Avtobusa vaxtında çatsan, əyləşirdin, geciksən ayaq üstə qalırdın. O yolu gedib-gəlməyə elə nifrət edirdim. Yolu gedib-gəlməyin dərdindən 18 yaşımda ərə getdim. Düzdür, əylənmək üçün deyirəm. Həm də o da böyük səbəb idi ki, mənə təkan verdi, 18 yaşında ailə qurdum. Yerim rahat olsa, bəlkə də fikirləşərdim".
azxeber.com olay.az-a istinadən xəbər verir ki, bu sözləri "Söz-Baz" verilişində Əməkdar artist Dilarə Əliyeva deyib. O, həyat yoldaşı, "Soy" prodakşının rəhbəri Oqtay Əliyevlə tanışlığından danışıb:
"Yaxşı qismət çıxdı, yolum da narahat idi. Oqtay Əliyev məni diplom tamaşasına dəvət etdi. Fikirləşdik ki, bu birlikdəliyimizi sona qədər qoruyaq. Allah cansağlığı versin. Atası Vidadi Əliyev Xalq artisti, "İrəvan" teatrının rəhbəri, anası Elmira İsmayılova Xalq artistidir. Sırf sənət ailəsidir. Mən də sənətin dərdindən ölürdüm. İşimi çox sevirəm. Bu səbəblər də kifayət qədər böyük idi. Onlar da mənə gözəl münasibətləri var idi, istedadıma, bacarığıma vurğun idilər. Qarşılıqlı anlaşdıq, bir-birimizi sevdik".

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA