Yoluxma sayındakı sürətli artım səbəbi ilə qapanmalara gedə bilərikmi? - VİDEO

Yoluxma sayındakı sürətli artım səbəbi ilə qapanmalara gedə bilərikmi? - VİDEOYoluxma sayındakı sürətli artım səbəbi ilə qapanmalara gedə bilərikmi? - VİDEO
"Təmasın sıx olduğu sahələrdə və bayram günlərində insan axını təxmin edilən yerlərdə məhdudlaşdırıcı tədbirlər görülə bilər". 
Bunu ARB24-ün "Nə baş verir?" verilişinin qonağı, millət vəkili Müşfiq Məmmədli deyib.
O bildirib ki, bayram tətilində yoluxmanın şiddətli olduğu bir şəhərdən digərinə getmək yoluxma sayını artırar və nəticədə həmin ərazidə virusun geniş yayılması müşahidə edilə bilər: 
"Bayram günündə hansısa məkana, bölgəyə kütləvi şəkildə gedirik və kütləvi şəkildə geri dönürük. Bu, çox təhlükəli haldır. Təmas artması ilə yanaşı həmin ərazini də yoluxma sayı çox olan ərazilər siyahısına daxil edirik. Bu səbəbdən hesab edirəm ki, pandemiya reallığından çıxış edərək, mərhələli şəkildə hər birimiz işimizi planlaşdırmalıyıq. 
Təbii ki, belə olan halda məhdudlaşdırıcı tədbirlərin sərt olmasına ehtiyac qalmır. Əks halda ölkədə aktiv xəstə sayı artar, tibb sistemi yüklənər və onların tibbi yardım alaraq sağalma ehtimalı aşağı düşər". 
M.Məmmədli onu da qeyd edib ki, Azərbaycan artıq əvvəlki vaxtlardan fərqli olaraq prosesi yumşaq tənzimləmələrlə idarə etməyin modelini tapıb: 
"Biz buna Azərbaycan modeli də deyirik. Lakin hələ ictimai nəqliyyatda təlimatlara istənilən səviyyədə riayət edə bilmirik. Bu səbəbdən aidiyyəti qurumlar daha formalaşmış addımları atmaq məcburiyyətindədir". 
Azərbaycanın "Sputnik V" və "AstraZeneca" peyvəndlərini almasına münasibət bildirən millət vəkili bu peyvəndlərin yarada biləcəyi əks-təsirlərdən də danışıb: 
"Bu peyvəndlərin hazırlanma mexanizmi fərqli olsa da, təsir mexanizmləri eynidir. Onun əlavə təsirləri isə subfebril temperatur, əzələlərdə ağrı hallarıdır. Ümumilikdə isə hər üç vaksinin bu günə kimi qeyri-adi təsiri müşahidə olunmayıb".

/oxu.az

Sosial       Tarix: 12 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxeber.az son xeberler az maşın realiti şou xabarlar