"Yoruldum", "Gücüm çatmır" deyirsinizsə, mütləq oxuyun

"Yoruldum", "Gücüm çatmır" deyirsinizsə, mütləq oxuyunCase Western Reserve Universitetinin (ABŞ) alimləri bədənimizdə hər hansı bir xəsarət və qazanılmış xəstəliklərə qarşı "zədələrin bərpası" prosesini aktivləşdirmək üçün bir çıxış yolu tapıblar.
Məlum olub ki, bu yol qlikoliz - qlükozanın enerjiyə çevrilməsi prosesi ilə sıx bağlıdır.
Xəsarət aldığımız zaman bədən enerji istehsalı üçün lazım olan qlükoza istifadəsini "dayandırır" və bu qlükozanı zədələnmiş toxumaların bərpası üçün istifadə edir. Bədən bu zaman bir növ "B planını" qoşur. Qlükozanın parçalanması zamanı qeyri-adi molekullar formalaşır. Bu molekullar
mitoxondriyaya yox, birbaşa bərpa prosesinə yönləndirilir.
Orqanizmimiz bir həkim qədər özünü müayinə və müalicə edə bilər. Bu zaman orqanizmimiz bir növ müalicə üçün qeyri-ixtiyari "təmirə bağlanır". Baş vemiş zədələnmə və ya xəstəlik zamanı bədənimiz mümkün qədər tez normal rejimə qayıtmağa çalışır. Bu proses təbii seçmə qanunundan qaynaqlanır. Çünki uzaq keçmişdə əcdadlarımız daimi olaraq ovçuluq və düşmənlərdən qaçmaq məcburiyyətində idilər. Buna görə də onlar bütün enerjilərini bərpaya
xərcləyə bilməzdilər. Nəticədə onların orqanizmi özünü bərpa işlərini minimuma endirir və enerjinin bir hissəsini hərəkət üçün ayırırdı.
Artıq müasir dövrdə insan orqanizmi fiziki istirahətə möhtacdır. Eyni zamanda orqanizmimiz daxildə xəstəliklərlə, viruslarla və zədələrlə də mübarizə aparmalıdır. Bunun üçün biz daha çox qlükoza qəbul etməliyik. Bəs qlükozanı necə qəbul edək ki artıq şəkər yüklənməsinin qarşısı alınsın? Nələrə "XEYR" deməliyik?
Birincisi saxaroza və maltoza - saf şəkər, boş kalorilər, heç bir faydası olmayan
karbohidratlardan. Bu növ karbohidratlar əsasən ağ dənəvər şəkər tozunda və qənddə olur. Yeri gəlmişkən tərəvəz və meyvələrdə də bu növ şəkərə rast gəlinir. Xüsusilə çuğundurda, yerkökündə, şaftalıda, yemişdə və armudda. Ən təhlükəli şəkər həddi isə kekslərdə, dondurmalarda, tortlarda və şirin bulkalarda olur.
Bəs hansı qidalara "HƏ" deməliyik? Orqanizm üçün vacib olan qlükozaya. Onsuz (qlükozasız) nə böyüklərin, nə də uşaqların orqanizmi yaşaya bilməz. Bu maddə hüceyrələrimiz üçün yanacaq funksiyasını daşıyır. "Yoruldum", "gücüm çatmır" kimi ifadələr uşaqların və ya elə öz bədənimizdə qlükoza səviyyəsinin azaldığını göstərir.
Qlükozanı hardan əldə edək?
Qlükoza ən çox giləmeyvələrdə, meyvə və tərəvəzdə olur. Üzümdə, gilasda, albalıda və moruqda əsasən çox olur. Əgər meyvə və tərəvəz qəbul etmirsinizsə o zaman ən azından qlükoza tərkibli içkilərdən istifadə etmək tövsiyə olunur. /news.milli.az

Sağlamlıq       Tarix: 01 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər.com xeberler en son xəbərlər bugün ən son xəbər