Yük avtomobili körpüdən aşdı, 3 ölü - YENİLƏNİB - FOTO
Beyləqanda ağır yol qəzası baş verib.
KONKRET.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Beyləqan rayonunun İmamverdili kəndi ərazisində, İmişli-Beyləqan avtomobil magistralının üzərində yerləşən körpüdə qeydə alınıb.
"KamAZ" markalı avtomobil idarəetməni itirərək qarşı yola çıxıb və "VAZ 2105" markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili körpüdən aşaraq Bakı-Horadiz dəmir yolu xəttinin üzərinə düşüb. Nəticədə hər iki sürücü və "VAZ 2105" markalı avtomobildə olan sərnişin hadisə yerində ölüblər.
Hazırda yük avtomobilinin dəmir yolu xəttinin üzərindən götürülməsi işləri yerinə yetirilir. Qəza ilə əlaqdar dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Beyləqan rayonunun İmamverdilər kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "VAZ" markalı minik avtomobili və "KamAZ" markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti "KamAZ" markalı yük avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
AZƏRTAC xəbər verir ki, qəzada ölən 3 nəfərin adları məlum olub: Beyləqan rayon sakinləri – "VAZ 2105" markalı avtomobilin sürücüsü, 1992-ci il təvəllüdlü İlqar Məmmədov, "KamAZ"ın sürücüsü, 1973-cü il təvəllüdlü Barat İsmayılov və "VAZ 2105" markalı minik avtomobilində olan sərnişin, 1985-ci il təvəllüdlü Şəmşir Şükürzadə.




Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Bakıda yaşayış binasında uçqun
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Cavid Ağaməliyev həbs edildi
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Misofoniyadan əziyyət çəkənlər harada müalicə ala bilər? – ARAŞDIRMA
Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edildi
Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb