Yüksək təzyiq xəstələri üçün ən uyğun diet açıqlanıb

Yüksək təzyiq xəstələri üçün ən uyğun diet açıqlanıbHipertoniya xəstələri üçün ən təsirli pəhriz açıqlanıb.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, ABŞ-dan olan alimlər yüksək təzyiq xəstələri üçün 2 pəhrizin faydalarını müqayisə ediblər. Daha çox tərəvəz və meyvələrin üstünlük təşkil etdiyi pəhriz proqramı və DASH proqramı seçilib. Nəticədə alimlər hipertoniya xəstələri üçün hansı məhsulların ən uyğun olduğunu aşkar ediblər.
Tədqiqat Bostondakı tibb mərkəzinin əməkdaşları tərəfindən aparılıb. Elmi işlərin nəticələri ixtisaslaşdırılmış "Daxili xəstəliklər" nəşrində dərc olunub.
DASH pəhrizi ABŞ Milli Ürək, Ağciyər və Qan İnstitutunun əməkdaşları tərəfindən tərtib olunub. Bu pəhriz, yağ tərkibi az olan meyvə, tərəvəz, dənli bitkilər, süd məhsullarının istifadəsinə əsaslanır. Bundan əlavə, pəhriz proqramı ət, balıq, qoz-fındıq istifadəsini də nəzərdə tutur. Bu pəhrizdə qırmızı ət, eləcə də şəkər və yağ çox olan qidaları yemək tövsiyə olunmur. Bu, həmin qidaların ürək-damar sisteminə zərərli olması ilə əlaqələndirilir.
Tədqiqatın iştirakçısı kimi ürək və damar problemləri olan 326 nəfər seçilib.
Könüllülər üç qrupa ayrılıb. Birinci "komanda"nın üzvləri DASH pəhrizi, ikincinin iştirakçıları meyvə-tərəvəzə əsaslanan pəhrizlə qidalanıb, üçüncüsü qrupda olanlar isə yemək vərdişlərini dəyişməyiblər. Nəticədə məlum olub ki, birinci və ikinci qrup könüllülərin qan plazmasında daha az iltihab ocaqları var. Beləliklə, qidalanma mütəxəssisləri bol meyvə və tərəvəzlə birlikdə DASH pəhrizinin hipertoniya xəstələri üçün faydalı olduğu qənaətinə gəliblər.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 31 may 2020
f Paylaş

Oxşar xəbərlər

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

Bu qidalar ishala səbəb ola bilər

Qəbizlik zamanı bağırsaqları hərəkətə gətirən qidalar tez-tez axtarılır. Liflə zəngin, bağırsaq hərəkətlərini sürətləndirən və həzm sistemini stimullaşdıran bəzi qidalar bu təsirə malikdir. KONKRET.azpravdaaz-a istinadə

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo


son xeberler azerbaycan xeberleri yeni xeberler xəbərlər.com xeberler en son xəbərlər bugün ən son xəbər