Yunan nazirdən Türkiyəyə TƏHDİD: Razılaşmasaq...
"Türkiyə ilə razılaşmasaq, Beynəlxalq Məhkəməyə müraciət etmək məcburiyyətində qalacağıq".
Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Şərqi Aralıq dənizindəki varlığından narahat olduqlarını bir daha ifadə edən Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias deyib.
Dendias növbəti həftə Türkiyə ilə birlikdə başçılıq edəcəyi araşdırma görüşmələrinə müsbət yanaşdıqlarını dilə gətirərək Türkiyənin eyni yanaşma ilə gələcəyinə ümid etdiklərini söyləyib.
"Tək əminlik Afinanın müsbət münasibətidir və ümid edirəm ki, Türkiyə tərəfi də bu danışıqlarda eyni ruhda iştirak edəcək. Açıq demək istəyirəm, Egeydə və Şərqi Aralıq dənizində müstəsna iqtisadi bölgə və kontinental şelf məsələləri beynəlxalq qanunlar əsasında məhdudlaşdırılmalıdır", - yunan nazir qeyd edib.
N.Dendias hər iki tərəfin ilkin danışıqlardan sonra razılığa gələ bilməyəcəyi təqdirdə məsələni Haaqa Beynəlxalq Məhkəməsinə təqdim etmək üçün mətn üzərində razılaşmalı olduqlarını vurğulayıb.
Akqabay

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq
Sumqayıtda 67 yaşlı kişi bıçaqlandı: Həyat yoldaşı saxlanıldı
Bakıda bu şirkətə 16 min dollar cərimə yazıldı
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - FOTO
"Trabzonspor" "Qalatasaray"ı darmadağın edib
Elçin Yusubov Qarabağ bölgəsinin Rumıniya regionları ilə əlaqələrinin qurulmasını müzakirə edib - FOTOLAR
Prezident keçmiş futbolçunu fəxri diplomla təltif etdi
İllər sonra açılan "Kurtlar Vadisi" sirri - Kozinoğlu obrazını canlandıran aktyor İLK DƏFƏ DANIŞDI
66 yaşlı kişini motosiklet vurub öldürdü
Ərdoğan sabah ABŞ-yə səfər edəcək
Məşhur aktrisa vəfat edib
Üçü Bakıda, biri İrəvanda - O biri isə qəbiristanlıqda... - FOTO
Cəlilabadda hadisə: Yük maşınının altında…
Qubada yol qəzasında 5 nəfər xəsarət aldı
Kim Kardaşyan haqqında qəribə məhkəmə qərarı - 1 avro kompensasiya