Yuxu zamanı insan bədənində baş verən 10 MÖCÜZƏVİ DƏYİŞİKLİK

Yuxu zamanı insan bədənində baş verən 10 MÖCÜZƏVİ DƏYİŞİKLİKİnsan həyatın təxminən 1/3 hissəsini yuxuda keçirir. Yuxu həyati vacibdir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, yuxunun az olması insan sağlamlığına çox ciddi ziyan vurur, bir çox xəstəliklərin, o cümlədən ürək-damar, sinir sistemi, xərçəng xəstəliklərinin riskini artırır. Yuxu zamanı orqanizm həm dincəlir, həm də bərpa olunur, orqanizmdə çox vacib proseslər gedir.
1. Qan dövranı və ürək ritmi yavaşıyır, ürək və damarlar "dincəlir". Xroniki yuxusuzluq, yuxunun az olması ürək və damarları həddindən artıq yükləyir ki, bu da ürək və damarlar xəstəliklərin riskini artırır.
2. Yuxu zamanı arterial təzyiq 5-7 mm c.st. aşağı düşür. Bu səbəbdən yuxunun normal olması hipertoniyanın profilaktikasında mühüm rol oynayır.
3. Eşitmə "işləyir", iybilmə "yatır". Məhz buna görə istənilən güclü səs insan oyada bilər, lakin əksər hallarda yatan insan hətta çox kəskin iyə oyanmır.
4. Onurğa sütunu düzəlir, fəqərə arası disklər dartınır və düzgün vəziyət alır. Bu səbəbdən insanın boyu səhər saatlarında axşamla müqayisədə 0,5-1 sm daha hündürdür.
5. İnsan arıqlayır. Yuxunun kifayət qədər olması piylənmənin profilaktikasında böyük rol oynayır.
6. Dəri cavanlaşır. Kollagenin sintezi artır, oksigen mübadiləsi aktivləşir, dəri hüceyrələrinin yenilənməsi prosesləri stimullaşır, dərinin rəngi yaxşılaşır, kiçik qırışlar hamarlanır.
7. Stress hormonların səviyyəsi azalır. Bu isə həm sinir, həm immun, həm də ürək-damar sistemlərinin sağlamlığı üçün olduqca vacibdir.
8. İmmun sisteminin fəaliyyəti aktivləşir, immun hüceyrələrinin sintezi artır. Məhz bu səbəbdən həkimlər xəstə insana daha çox yatmağı və dincəlməyi tövsiyə edirlər.
9. Beyin gün ərzində qəbul etdiyi məlumatları sistemləşdirir. Yuxu beyinin normal fəaliyyəti üçün çox vacibdir.
10. Cinsiyyət hormonların ifrazı artır. Bu səbəbdən yuxunun az olması kişilərdə potensiyanı və libidonu azaldır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 28 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama

İsti vannada cəmi 30 dəqiqə keçirmək qan təzyiqinin azalmasına və damarların genişlənməsinə kömək edə bilər. Yeni araşdırmada bu təsirin bəzi göstəricilər üzrə orta intensivlikli fiziki məşqlərdən daha güclü olduğu müəyyə

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri


son xeberler yeni xeberler azerbaycan xeberleri bugünkü son xəbərlər en yeni xeberler kriminal xeber sou xeberler