Zamir İsayev: "Sanki Füzuli və Cəbrayıla nüvə bombası atıblar" - FOTO

Zamir İsayev: "Sanki Füzuli və Cəbrayıla nüvə bombası atıblar" - FOTOZamir İsayev: "Sanki Füzuli və Cəbrayıla nüvə bombası atıblar" - FOTO
Bakıdakı 46 saylı yəhudi məktəbinin müdiri, "Vaad le-atsala" yəhudi təşkilatının Azərbaycan filialının sədr müavini Zamir İsayev erməni işğalından azad edilmiş Zəngilan rayonuna səfər edib.
Bu barədə "Stmegi" portalı məlumat yayıb. 
Z.İsayevin sözlərinə görə, səfər Diasporlarla İş üzrə Dövlət Komitəsinin və Prezident Adminstrasiyasının dəstəyi ilə təşkil olunub.
"Mənim tərəfimdən orada iki reportaj hazırlanıb – həm ivrit, həm də rus dillərində. Yolumuz Füzuli və Cəbrayıl rayonlarından keçirdi. Açığını desəm, gördüklərimdən şoka düşdüm. Çox dəhşətli mənzərə idi. Orada gördüklərimi sözlərlə ifadə etmək mümkün deyil. Bu, ən yüksək dərəcəli vandalizmdir. Ermənilərin bu şəhərlərdə daş üstə daş qoymamasını heç bir səbəblə izah etmək və anlamaq olmur", - deyə ravin bildirib.
O ehtimal edir ki, ermənilər burada azərbaycanlıların bütün izlərini silməyə çalışıb və ərazilərin geri qaytarılacağı təqdirdə onların bərpasını çətinləşdirmək üçün belə ediblər.
"Bu şəhərlərdəki mənzərə qiyamət günündən sonrakı vəziyyəti xatırladır. Sanki bu ərazilərə nüvə bombası atılıb. Zəngilana gedən yolda Azərbaycanın bu əraziləri bərpa etməyə başladığını görmək mümkündür. Əkin prosesi gedir, sahələrdə traktorlar işləyir. Bəzi yerlərdə isə minalardan təmizlənmə işləri aparılır. Azad olunmuş torpaqlarda kənd təssərrüfatı dirçəlir. Zəngilanda XVIII əsr məscidinin və XIII əsr sərdabəsinin dağıdıldığını gördüm. Bizi Zəngilan şəhər icra hakimiyyətinin nümayəndəsi müşayiət edirdi. O, bizə məktəb, xəstəxana, inzibati binaların xarabalıqlarını göstərdi. Şəhər bünövrəsinədək dağıdılıb. Bu, sözlə təsvir olunması mümkün olmayan vəhşilikdir", - deyə Z.İsayev qeyd edib.
Ravin onu da bildirib ki, tezliklə Prezident İlham Əliyev başda olmaqla, Azərbaycanın xalqının bu əraziləri bərpa edəcəyinə inanır.
"Əminəm ki, 30 il öncə olduğu kimi bu ərazilərdə həyat yenidən canlanacaq və biz buna çox sevinirik", - deyə məktəb direktoru əlavə edib.
Zamir İsayev: "Sanki Füzuli və Cəbrayıla nüvə bombası atıblar" - FOTOZamir İsayev: "Sanki Füzuli və Cəbrayıla nüvə bombası atıblar" - FOTOZamir İsayev: "Sanki Füzuli və Cəbrayıla nüvə bombası atıblar" - FOTOZamir İsayev: "Sanki Füzuli və Cəbrayıla nüvə bombası atıblar" - FOTOZamir İsayev: "Sanki Füzuli və Cəbrayıla nüvə bombası atıblar" - FOTOZamir İsayev: "Sanki Füzuli və Cəbrayıla nüvə bombası atıblar" - FOTOZamir İsayev: "Sanki Füzuli və Cəbrayıla nüvə bombası atıblar" - FOTOZamir İsayev: "Sanki Füzuli və Cəbrayıla nüvə bombası atıblar" - FOTOZamir İsayev: "Sanki Füzuli və Cəbrayıla nüvə bombası atıblar" - FOTOZamir İsayev: "Sanki Füzuli və Cəbrayıla nüvə bombası atıblar" - FOTOZamir İsayev: "Sanki Füzuli və Cəbrayıla nüvə bombası atıblar" - FOTO

Sosial       Tarix: 07 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son məlumatlar xeber gunun xeberleri son xeber az