Zaqatala və Qaxda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb

Zaqatala və Qaxda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıbZaqatala və Qaxda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyətə başlayıb
Ölkə başçısının 1 oktyabr 2019-cu il tarixli, 1454 saylı Sərəncamına uyğun olaraq, 16 noyabr tarixində Zaqatala və Qax rayonlarında yerləşən Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) nümayəndəlikləri fəaliyyətə başlayıb.
Nümayəndəliklərin əsas fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Bu xüsusda, gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaqdır. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı əldə edəcəklər.
Tədbirdə Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəhbəri Rəvanə Həşimova çıxış edərək, Prezident İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıblar.
Cənab Prezidentin göstərişi ilə regionlarda açılan GİKM nümayəndəliklərinin gənclərin şəxsi inkişafının, təhsilinin, karyera və peşə seçimlərinin dəstəklənməsi, onların ictimai-sosial həyatda daha aktiv fəaliyyətlərinin təşviq edilməsi işinə töhfə verəcəyi vurğulanıb, gənclər bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət olunublar.
Daha sonra tədbir iştirakçıları üçün Zaqatala və Qax rayonlarındakı Heydər Əliyev Mərkəzlərində fəaliyyət göstərən muzeylərə ekskursiya təşkil olunub, eyni zamanda Mərkəzlərin imkanları barədə onlara ətraflı məlumat verilib. Həmçinin, region gəncləri "Gənc Könüllü" proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər. Tədbirlər musiqili-əyləncəli proqram və intellektual oyunlarla davam etdirilib.
Qeyd edək ki, ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı Dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, bir müddət öncə Cəlilabad, Masallı, Quba və Qusar rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzləri fəaliyyətə başlayıb, bu ilin sonu və növbəti ilin ilk rübü ərzində isə ölkənin bütün şəhər və rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacaqdır. /oxu.az

Sosial       Tarix: 20 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA

Əmək pensiyalarının təyinatı bütün vətəndaşlar üçün eyni qaydada həyata keçirilmir. Xüsusi əmək şəraiti, xidmət sahəsi və tutduğu vəzifəyə görə bəzi şəxslər fərqli pensiya təminatı hüququ əldə edirlər. Bəs xüsusi şərtlərl

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı

Bakıda bəzi ərazilərdə həyata keçirilən infrastruktur və şəhərsalma layihələri həmin ərazilərdə mənzil qiymətlərinə və investisiya cəlbediciliyinə təsir göstərə bilər. Nəqliyyat imkanlarının genişlənməsi, yeni yolların v

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler azerbaycan xeberleri yeni xeberler hava xeber.az 2026 xəbər.az maşın realiti şou