Zatulin: "Ermənistan xəyal edir ki, Rusiya Qafqazı həmişəlik tərk edəcək"
"Bu gün Ermənistan hakimiyyəti Rusiyanın Qafqazı həmişəlik tərk edəcəyini xəyal edir və başqasının onlara kömək edəcəyinə ümid edir".
KONKRET.az xəbər verir ki, bunu Pravda.Ru-ya müsahibəsində Dövlət Dumasının MDB işləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin deyib.
O daha sonra bildirib:
Rusiya imperiyasında vətəndaş müharibəsi olanda ermənilər Qərbdən kömək gözləyirdilər, amma heç kim onlara etmədi. Bolşeviklər isə SSRİ simasında həm erməniliyi, həm də erməni dövlətçiliyini qoruyub saxladılar".
Onun sözlərinə görə, vəziyyətin mürəkkəbliyi ondan ibarətdir ki, Rusiya Federasiyası Türkiyə ilə münasibətləri gərginləşdirmək istəmir və Türkiyə bundan çəkinmədən yararlanır.
K.Zatulin bildirib ki, burada söhbət Ermənistan və Azərbaycandan deyil, Qərbin Rusiyanı tarixən həmişə olduğu Qafqazdan sıxışdırıb çıxarmağa çalışmasından gedir".
"Paşinyan açıq şəkildə bəyan edib ki, Ermənistan Ukrayna münaqişəsində Rusiyanın müttəfiqi deyil. Biz Ermənistandan kömək gözləmirik, özümüz öhdəsindən gələ bilərik, amma Ermənistanın özündə Rusiya bazası olmasına baxmayaraq, belə bəyanatlar müəyyən fon yaradır ki, Ermənistan qonşularına qarşı sakit olsun. Ermənistanın qonşularından biri Azərbaycanı qeyd-şərtsiz dəstəkləyən Türkiyədir", – deyə o vurğulayıb.
Sevinc Paşayeva,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ərdoğan sabah Qarabağa gəlir
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ