Zatulin Paşinyanın ssenarisini AÇIQLADI

Zatulin Paşinyanın ssenarisini AÇIQLADIErmənistanın qərbyönlü siyasəti Rusiyadakı ermənipərəst qüvvələri də özündən çıxarıb. Nikol Paşinyanın Ermənistanda görmək istəmədiyi siyasətçilər isə bu vəziyyətdən maksimum yararlanmağa çalışır. Ermənistana girişinə qadağa qoyulan Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin birinci vitse-prezidenti Konstantin Zatulin də Paşinyanın əlindən yanıqlıdır və imkan düşən kimi onun əleyhinə bəyanatlar səsləndirir. Zatulin yenə öz ampluasındadır və erməni dostlarının düşdüyü vəziyyəti həzm edə bilmir. Ermənistanın Rusiya ilə kəskinləşən münasibətlərindən kədərlənən Zatulin buna görə Paşinyanı ittiham edib. O, Ermənistan baş nazirinin ünvanına tənqidlər səsləndirib və onu Qərbin adamı adlandırıb: "Bir gün əvvəl Paşinyan bəyan edib ki, o, Rusiya hərbi bazalarının mövcudluğuna ehtiyac görmür. "İrəvan yeni tərəfdaşlar axtarır, çünki Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmədi", – deyib. Eyni zamanda, Paşinyanın sözlərinə görə, hazırda Ermənistandan Rusiya bazasının çıxarılması məsələsi müzakirə olunmur".
Zatulin hesab edir ki, Paşinyan həm Rusiya ilə münasibətlər, həm də hərbi bazalarla bağlı artıq hər şeyi həll edib:
"Paşinyan Rusiya ilə bağlı mövqeyini çoxdan qərarlaşdırıb. Sadəcə olaraq, o, əsl niyyətini dərhal büruzə verməyib. İndi Qarabağda baş verən faciəni Rusiyanın üzərinə yükləmək istəyir. Qərblə əməkdaşlığını da məhz bununla izah edir. Paşinyan hesab edir ki, Rusiya ilə hesablaşmaq və alyansdan çıxmaq, bölgəyə başqa qüvvələri dəvət etmək məqamı çatıb. Qərb isə onun hakimiyyətdə qalmasına kömək edəcək".
Zatulinin fikrincə, Paşinyan müttəfiqlərin tələb və istəklərinə eyham vuraraq, Rusiya bazalarını ölkə ərazisindən çıxaracaq:
"Paşinyan yeni müttəfiqlərin öz bazalarını yerləşdirməkdə maraqlı olduqlarını izah edərək, Rusiya bazasını sıxışdıracaq. Belə bir ssenari mərhələli şəkildə həyata keçiriləcək".
Əvvəllər Ermənistanın yolunu su yoluna döndərən Zatulin indi düşmən ölkəyə buraxılmır. Rusiyadakı erməni diasporunun milyonları hesabına daim üstümüzə hürən bu adam özünü ermənidən çox erməni hesab edir. Amma Paşinyanın dostluq siyahısında Zatulin və digər ermənipərəst rusiyalı siyasətçilər olmadığından, onlar üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirə bilmədikləri üçün narahatdırlar.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 26 oktyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün valyuta mezennesi banklar xabar az sonxeberler