Zaur Darabzadə ilə görüş üçün ayrılan məkana seçicilər sığmadı - FOTO/VİDEO

Zaur Darabzadə ilə görüş üçün ayrılan məkana seçicilər sığmadı - FOTO/VİDEOZaur Darabzadə ilə görüş üçün ayrılan məkana seçicilər sığmadı - FOTO/VİDEO
Bu gün 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi qeydə alınan çoxsaylı uğurlu layihələrin gənc rəhbəri "CinemaPlus" kinoteatrlar şəbəkəsinin İdarə Heyətinin üzvü Zaur Darabzadənin seçicilərlə növbəti görüşü olub.
"Report" xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin akt zalında baş tutan görüşdə ictimaiyyət nümayəndələri, tanınmış simalar iştirak edib.
Aparıcı Emin Musəvi çıxış edərək, Zaur Darabzadəyə uğurlar arzulayıb. O, parlament seçkilərinin vacibliyindən danışıb. E.Musəvi gənclərin parlament seçkilərində fəal iştirakını və bunun ölkəmiz adına sevindirici hal olduğunu vurğulayıb.
Çıxış edən Xalq artisti Tünzalə Ağayeva bildirib, seçki ilə bağlı psixologiyanı dəyişmək lazımdır:
"Biz şanslıyıq ki, seçən bizik. Cəmiyyət olaraq namizədimizi tanımağımız çox önəmlidir. Zaur inanır ki, çəkdiyi əziyyət boşa getməyəcək. Ümid edirəm ki, insanların rahatlığı üçün olan məsələlərin həllində, qanunların qəbul edilməsində rolu olacaq. O vətənə, dostluğa sadiq adamdır. O, bir-bir insanlarla görüşür, onların problemlərini öyrənir. Cəmiyyətimizə sağlam-doğru seçki arzulayıram".
Daha sonra Xalq artisti Murad Dadaşov görüşün hamı üçün önəmli olduğunu vurğulayıb:
"Millət vəkili təmsil etdiyi ərazinin problemlərini tribunada çatdırmalıdır. Bunun üçün həmin insanın ən azı istəyi və təcrübəsi olmalıdır ki, problemləri ümumiləşdirsin. Biz istəyirik ki, parlamentdə bilikli insanlar təmsil olunsun. Mən Zaurun şəxsiyyətinə inanıram. İnanıram ki, seçkilərdən sonra Zaur itməyəcək, telefonunu bağlamayacaq. Ən nəhayət, insanların ölkənin ictimai-siyasi həyatında rol oynamasını və seçkilərdə iştirak etməsini istəyirəm".
Tanınmış aparıcı Azər Qərib Zaur Darabzadəni 18 ildir tanıdığını deyib:
"O, hər şeyə özü nail olub. Zaur iddialı olub və öz biliyinə, savadına güvənib. Ona uğurlar arzulayıram".
Daha sonra Zaur Darabzadə görüşə gələnlərə təşəkkür edərək, onları 2 Fevral - Gənclər günü münasibəti ilə təbrik edib:
"Əziz gənclər və özünü gənc hiss edənlərin bayramını təbrik edirəm. Mən illərdir gənclərlə işləyirəm. Çox şadam ki, buradasız. Mənə dəstək olan hamıya təşəkkür edirəm. Bir gənc olaraq onların problemlərini, qayğılarını və istədiklərini bilirəm. Ən əsası isə mən vətənimi, insanları sevirəm. Bu ölkədən getmək fikrim yoxdur. İstəyirəm ki, övladım, övladlarımız ölkəmizdə yaxşı təhsil alsın və yaşasın. Azərbaycanın güclü gələcəyi olsun".
Sonda namizəd seçicilərin suallarını cavablandırıb.

Zaur Darabzadə ilə görüş üçün ayrılan məkana seçicilər sığmadı - FOTO/VİDEOZaur Darabzadə ilə görüş üçün ayrılan məkana seçicilər sığmadı - FOTO/VİDEOZaur Darabzadə ilə görüş üçün ayrılan məkana seçicilər sığmadı - FOTO/VİDEOZaur Darabzadə ilə görüş üçün ayrılan məkana seçicilər sığmadı - FOTO/VİDEOZaur Darabzadə ilə görüş üçün ayrılan məkana seçicilər sığmadı - FOTO/VİDEOZaur Darabzadə ilə görüş üçün ayrılan məkana seçicilər sığmadı - FOTO/VİDEOZaur Darabzadə ilə görüş üçün ayrılan məkana seçicilər sığmadı - FOTO/VİDEOZaur Darabzadə ilə görüş üçün ayrılan məkana seçicilər sığmadı - FOTO/VİDEOZaur Darabzadə ilə görüş üçün ayrılan məkana seçicilər sığmadı - FOTO/VİDEOZaur Darabzadə ilə görüş üçün ayrılan məkana seçicilər sığmadı - FOTO/VİDEOZaur Darabzadə ilə görüş üçün ayrılan məkana seçicilər sığmadı - FOTO/VİDEOZaur Darabzadə ilə görüş üçün ayrılan məkana seçicilər sığmadı - FOTO/VİDEOZaur Darabzadə ilə görüş üçün ayrılan məkana seçicilər sığmadı - FOTO/VİDEOZaur Darabzadə ilə görüş üçün ayrılan məkana seçicilər sığmadı - FOTO/VİDEOZaur Darabzadə ilə görüş üçün ayrılan məkana seçicilər sığmadı - FOTO/VİDEO

Sosial       Tarix: 01 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeberleri sou xeberler bugun hava durumu sonxabar