Zaxarova: Azərbaycanla Ermənistan arasında razılıq əldə olunsa...
Zaxarova: Azərbaycanla Ermənistan arasında razılıq əldə olunsa...
Saxlanılan şəxslərin mübadiləsi ilə bağlı Azərbaycan və Ermənistan arasında razılıq əldə olunarsa, Rusiya bunu dəstəkləyəcək.
Oxu.Az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib.
Rusiya XİN nümayəndəsi qeyd edib ki, əsirlərin mübadiləsi məsələsi hər zaman danışıqların gündəmindədir.
"Əsirlərin dəyişdirilməsi mövzusu bu ilin aprelində Moskvada keçirilən görüşdə müzakirə olunub. Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri və ATƏT-in Minsk qrupu həmsədrləri bu görüşdə iştirak ediblər. Tərəflər həbsdə saxlanılan şəxslərin yaxınlarının onlarla görüşə bilməsi barədə qarşılıqlı razılıq əldə ediblər", - deyə XİN rəsmisi əlavə edib.
O xatırladıb ki, 2019-cu ilin iyun ayında Azərbaycan vətəndaşı və Ermənistan vətəndaşı Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardımı ilə vətənlərinə qayıdıb.
M.Zaxarova qeyd edib ki, Rusiya bu kimi vacib aksiyanı alqışlayır.
"Bunu həbsdə olanların vəziyyətinin asanlaşdırılmasında ilk addım kimi görürük. Digər həbsdə olanlarla bağlı da iş gedir. Razılıq əldə olunsa, şübhəsiz ki, bunu dəstəkləyəcəyik", - deyə M.Zaxarova əlavə edib.
Aqşin Kərimov /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı