Zaxarova: Azərbaycanla Naxçıvanı birləşdirəcək yola Ermənistan yox, Rusiya sərhədçiləri nəzarət etməlidir

Zaxarova: Azərbaycanla Naxçıvanı birləşdirəcək yola Ermənistan yox, Rusiya sərhədçiləri nəzarət etməlidirİrəvanın təşəbbüsü bir çox cəhətdən baş nazir müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrupu çərçivəsində ötən illər ərzində artıq müzakirə edilmiş layihələrlə uzlaşır.
KONKRET.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması prosesi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesində mühüm rol oynayır və Cənubi Qafqazın tranzit və logistika potensialının açılmasına töhfə verir.
Zaxarova Üçtərəfli İşçi qrupun 12 iclasının keçirildiyini xatırladıb. Qeyd edib ki, regionun logistika infrastrukturunun hazırkı vəziyyətinin qiymətləndirilməsi, dəmiryolu və avtomobil yolu kommunikasiya layihələrinin optimal variantı seçilməsi ilə bağlı ilə bağlı nəhəng iş görülüb.
"Tərəflər üçün faydalı olacaq paket həllinə çox yaxınlaşmağa nail olunub. Təəssüf ki, hələ də bu məsələlərə son qoymaq mümkün olmayıb. Kimlərdəsə bunu etmək üçün siyasi iradə çatışmır və bu, biz deyilik. Əvvəlki kimi biz regionda nəqliyyat kommunikasiyalarının açılması üçün bütün lazımi yardımı göstərməyə hazırıq", – deyə Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova Rusiyanın region nəqliyyat kommunikasiyalarının açılmasına Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara əsasın kömək etməyə hazır olduğunu söyləyib: "Həmin bəyanatlarda Rusiyanın rolu dəqiq yazılıb. O ki qaldı kommunikasiyaların mühafizəsi ilə bağlı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin strukturunda xüsusi bölmənin yaradılmasına, diqqətinizə çatdırmaq istəyirəm ki, qeyd etdiyim üçtərəfli razılaşmalara müvafiq olaraq Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə nəzarəti Rusiya Təhlükəsizlik Xidmətinin sərhəd xidməti həyata keçirməlidir", – deyə Rusiya XİN rəsmi nümayəndəsi əlavə edib./APA

Siyasi       Tarix: 09 noyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber az xəbər.az ən son xəbərlər cəbhədən ən son xəbərlər