Zaxarova: KTMT haqqında nələr eşitmədik
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin sədri Alen Simonyanı emosional siyasətçi adlandırıb.
KONKRET.azxəbər verir ki, Zaxarovanın bugünkü brifinqində erməni jurnalist Rusiya XİN rəsmisindən Simonyanın "Rusiya qazın qiymətini qaldırsa, Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqından çıxacaq" bəyanatına münasibət bildirməsini istəyib.
Zaxarova ciddi şəkildə emosional siyasətçilərin bəyanatlarını şərh etmək istəmədiyini bildirib.
O, Simonyanın bu cür çoxlu birmənalı olmayan bəyanatlar verdiyini xatırladıb.
"Üstəlik, KTMT haqqında biz nələr eşitmədik ki! Ermənistanda deyirdilər ki, Ermənistan KTMT-dən yox, KTMT Ermənistandan çıxır. Bilmirəm, bu proses başa çatıb, yoxsa hələ qızğın dövrüdür? Ona görə də, bu məsələyə qayıtmağın mənası yoxdur. Niyə görə bu emosional bəyanatlara qiymət verməliyik?!", – Rusiya XİN sözçüsü vurğulayıb.
O qeyd edib ki, bu bəyanata Ermənistan vətəndaşları münasibət bildirməlidir. (APA)

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi