Zəfər paradı – Qələbəmizin rəmzi

Zəfər paradı – Qələbəmizin rəmziÜç il öncə, 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsinin rəmzi olmaqla, xalqımızın qan yaddaşına əbədi həkk olundu. Bu parad əvvəlkilərdən çox fərqli idi. Çünki bu parad artıq torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılmış qanlı döyüşlərdən qalib çıxmış, düşmənin belini dəmir yumruqla qırmış əsgərlərimizin, zabitlərimizin qalibiyyət yürüşü idi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi vardı: "Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir".
Zəfər paradının xüsusi önəmini vurğulayan məqamlardan biri də o idi ki, bu paradda 3000 nəfərlik şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin nümayişi ilə yanaşı, Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, düşməndən qənimət götürdüyü hərbi texnikalar da nümayiş etdirildi. Ermənistanın 30 ilə yaxın müddət ərzində qurub-möhkəmləndirdiyi istehkamlar, müdafiə zolaqları, işğal etdiyi ərazilərdə cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Azərbaycanın apardığı ən müasir döyüş əməliyyatlarının qarşısında bu texnikalar heç bir işə yaramadılar, ordumuzun hədəfinə çevrilərək yararsız metal parçasına çevrildilər.
Möhtəşəm Zəfər paradı ilə ölkəmizin qüdrəti, Azərbaycan Ordusunun tarixi Qələbəsi bütün dünyaya nümayiş etdirildi. Bu, eyni zamanda, ərazi bütövlüyümüzün bərpasının təqdimatı idi. Azərbaycan Prezidenti İlham Əliyevin o gün Zəfər paradının tribunasından səsləndirdiyi fikirlər də hərb tariximizə qızıl hərflərlə yazıldı. Dövlətimizin başçısı Zəfər paradındakı nitqində bildirmişdir ki, bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq. 
Qardaşlığın Zəfəri kimi iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj oldu. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür. 
Zəfər Paradı sözsüz ki, təkcə fotolarda, videokadrlarda yaşamayacaq, zehnimizin dərinliyində möhkəmlənəcək, yaddaşımızda əbədi qalacaq. Çünki o bizim Qarabağ sevgimizin, uğurumuzun, cəsurluğumuzun, mətanətimizin, gücümüzün simvolu kimi təntənə qazandı.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq qələbə nəticəsində bütün dünya müzəffər Ordumuzun gücünü gördü: "Ordumuzu dünyanın ən güclü ordularından biri kimi tanıdı və bunu etiraf etməyə məcbur oldu. "Dəmir yumruq" əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə qızıl hərflərlə yazılan Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı böyük Qələbə müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və xalqımızın qələbə əzminin əyani sübutu idi.
Haqq savaşımızın qalibiyyətinə həsr olunan Zəfər paradı böyük Qələbəmizin nidası oldu. Bu, müzəffər Ali Baş Komandanımızın "Qarabağ Azərbaycandır!" əminliyinin məntiqi nəticəsi idi. 
Naftalan şəhər sakini Səbuhi Qasımov / azxeber.com

Siyasi       Tarix: 08 dekabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları


yeni xeberler son xeberler azerbaycan xeberleri en sonxeber sonxabar az kriminal xeberler xəbər