"Zəfərə doğru" mövzusunda işgüzar görüş keçirilib

28 oktyabr 2021-ci il tarixində Türkiyə Azərbaycan əməkdaşlığı çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sahibkar Qadınlar İctimai Birliyinin təşkilatçılığı ilə "Zəfərə doğru" mövzusunda işgüzar görüş keçirib.
Azxeber.com xəbər verir ki, görüş Türkiyə Respublikasında və Azərbaycanda fəaliyyət göstərən sahibkar qadınların iştirakı ilə baş tutub.
Görüşün əvvəlində Dövlət Komitəsinin sədri Bahar Muradova qonaqları salamlayıb. Türkiyə Respublikasında öz işi, bacarığı və uğurları ilə tanınan bir sıra xanımların Azərbaycana səfərinin əlamətdar hadisə olduğunu qeyd edən B.Muradova onu da əlavə edib ki, xüsusilə belə bir səfərin "Zəfərə doğru" adı altında baş tutması və Azərbaycanın həyatında çox vacib bir dönəmə təsadüf etməsi bizim üçün qürurvericidir. Sizin hər birinizin öz ölkənizdə əldə etdiyiniz uğurlar, nailiyyətlər bütün türk dünyası qadınlarının uğurlarıdır deyə B.Muradova əlavə edib.
Sədr qeyd edib ki, tarixin bütün mərhələlərində olduğu kimi, eləcə də 44 günlük Vətən müharibəsi dövründə çətinliklərlə üzləşən Azərbaycan qadınlarının qazanılan nailiyyətlərdə özünəməxsus yeri və imzası var. "Qadınlarımız öz fəaliyyət göstərdikləri sahədə zəfər üçün lazım olan hər şeyi etdilər. Bu torpaq uğrunda qan tökməyə hazır olan vətənpərvər övladlar böyüdərək, onları vətənin müdafiəsi üçün göndərdilər".
Türk iş adamlarının rəhbərlik etdiyi ən müxtəlif istiqamətlər üzrə dərnəklərin, dövlət qurumlarının, vətəndaş cəmiyyətlərinin Azərbaycanda öz tərəfdaşını tapacağına inamını qeyd edən B.Muradova əlavə edib ki, dövlət orqanı olaraq bu əməkdaşlığın faydalarını daha da artırmaq üçün lazımi tədbirlər görəcəyik. "Biz qarşılıqlı səfərlərimizin davamlı olmasını və hər iki tərəfin əldə olunan razılaşmaların uğurlu fəaliyyətə çevrilməsini təmin edəcək qərarlar verəcəyinə ümid edirik".
Görüşün davamında Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva çıxış edərək bildirib ki, tədbirin məqsədi Azərbaycan və Türkiyə iş adamları platforması çərçivəsində türk iş adamlarının Qarabağ bölgəsinə sərmayə qoymasıdır. Zəfər bayramı ərəfəsində ölkəmizə gələn iş adamları Azərbaycana investisiya yatırmaqda maraqlıdır. Qarabağda müxtəlif sahələr üzrə işlərin görülməsinə ehtiyac var. Bu məqsədlə Türkiyədən gələn iş adamları tekstil, səhiyyə, təhsil və müxtəlif sahələr üzrə xidmətlər göstərəcəklər.
Türkiyəli iş qadını Canan Göztəpə çıxışı zamanı qeyd edib ki, 20 türk iş qadınının iştirakı ilə Qarabağa səfər təşkil ediləcək və bölgənin inkişafına töhfə veriləcək.
Daha sonra çıxış edən Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova bildirib ki, iki qardaş ölkənin sahibkar xanımlarının həm dostluğu, həm də ortaq layihələri hər birimiz üçün çox əhəmiyyətlidir.
Bundan sonra qonaqlar tərəfindən fəaliyyət göstərdikləri biznes sahələri haqqında məlumat verilib, həmçinin əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.
Yekunda qonaqlara Zəfər günlərində bizimlə birgə olduqları üçün minnətdarlığını bildirən Dövlət Komitəsinin sədri bu əlamətdar səfərin növbəti iş birlikləri üçün bir başlanğıc olacağını qeyd edib.
Sonda xatirə fotosu çəkilib.

Sosial       Tarix: 28 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa


yeni xeberler son xeberler azerbaycan xeberleri enson xeberler son xeberler bugun 2026 canli son xabar son xəbərlər bugün 2026