Zəhərli insanı bir söz demədən yerində oturtmaq üçün 5 psixoloji üsul

Zəhərli insanı bir söz demədən yerində oturtmaq üçün 5 psixoloji üsulZəhərli insanlarla ünsiyyətdə ən güclü mövqe mübahisədə qalib gəlmək deyil, öz davranışınıza nəzarəti qorumaqdır. Zəhərli insan hər zaman açıq şəkildə münaqişə yaratmır. Bəzən bir neçə xoşagəlməz söz, nümayişkaranə baxış və ya sizi incitmək cəhdi kifayət edir ki, əsəbiləşəsiniz, özünüzü müdafiə etməyə başlayasınız və ya özünüzdən şübhələnəsiniz. Lakin aqressiya ilə cavab vermək məcburi deyil.
Mütəxəssislər mübahisə etmədən və artıq söz demədən də zəhərli insanı yerində oturtmağa kömək edən psixoloji üsullar varlığını bildirirlər.  Bir çox vəziyyətdə davranışınız uzun izahlardan daha çox şey deyir.
Sakit şəkildə gözlərinə baxın
Kimsə sizi təxribata çəkməyə çalışdıqda dərhal baxışınızı yayındırmağa və ya əsəbi şəkildə gülümsəməyə ehtiyac yoxdur. Bir neçə saniyə sakit şəkildə göz təmasını qoruyun, sonra isə öz işinizlə məşğul olmağa davam edin.
Bunu baxış yarışına çevirmək vacib deyil. Məqsəd qarşınızdakı insanı qorxutmaq yox, özünüzə inamlı olduğunuzu və təxribatdan çəkinmədiyinizi göstərməkdir.
Dik duruşunuzu qoruyun
Zəhərli insanla ünsiyyət zamanı bədən dili sözlərdən daha çox məna verə bilər. Özünüzü sıxmayın, tələsməyin, əllərinizi əsəbi şəkildə sıxmayın və mümkün qədər az yer tutmağa çalışmayın.
Dik bel, açıq çiyinlər, sakit hərəkətlər və normal danışıq tempi daxili əminlik və özünənəzarət təsiri yaradır.
Daxilən narahat olsanız belə, təxribat edən şəxsin davranışınızı idarə etməsinə imkan verməyin.
Dərhal reaksiya vermək əvəzinə fasilə edin
Manipulyatora qarşı dayanmağın sadə üsullarından biri avtomatik reaksiya verməməkdir. Əgər deyilən sözlər sizi incitdisə, cavab verməyə tələsməyin.
Qısa fasilə edin, nəfəs alın və yalnız bundan sonra söhbəti davam etdirməyin lazım olub-olmadığına qərar verin.
Bu üsul qarşınızdakı insanın sizi qəsdən əsəbiləşdirməyə və ya özünüzü müdafiə etməyə məcbur etməyə çalışdığı emosional tələyə düşməməyə kömək edir.
Üz ifadənizi neytral saxlayın
Zəhərli insan sizin reaksiyanızı diqqətlə izləyə bilər: incidinizmi, qorxdunuzmu, əsəbiləşdinizmi və ya gərginləşdinizmi.
Buna görə təxribatlara qarşı digər psixoloji üsul artıq emosional siqnallar verməməkdir. Sakit üz ifadəsi, sabit səs tonu və əsəbi gülümsəmənin olmaması göstərir ki, emosiyalarınız vasitəsilə sizi idarə etmək o qədər də asan deyil.
Bu, hisslərinizi gizlətmək demək deyil. Söhbət başqa insanın təzyiqi altında hərəkət etmək əvəzinə, reaksiyanızı özünüzün seçməsindən gedir.
Sadəcə ünsiyyəti dayandırın
Bəzən zəhərli insanı söz demədən yerində oturtmağın ən yaxşı yolu onun qaydaları ilə oynamağa davam etməməkdir.
Əgər qarşınızdakı şəxs şəxsi sərhədlərinizi aşırsa, söhbəti dayandıra, diqqətinizi başqa işə yönəldə və ya sadəcə uzaqlaşa bilərsiniz. Hər təxribatı cavablandırmaq, hər təhqirə münasibət bildirmək məcburiyyətində deyilsiniz.
Münaqişəyə girməkdən imtina etməyiniz zəiflik deyil. Əksinə, bu, başqa insanın sizi istədiyi kimi davranmağa məcbur edə bilmədiyini göstərməyin yollarından biridir.
///lent.az///

Sosial       Tarix: 03 oktyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu

Binəqədidə ağır yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, VAZ-2107 və BMW markalı minik avtomobilləri toqquşub. Qəzanın başvermə səbəbi, xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur

Bakıda iki maşın toqquşdu, yaralanan var

Bakının Babək prospektində iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə "Kia" markalı minik avtomobili ilə "Isuzu" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində qeydə alınıb

Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın

"Comex" birjasında 2026-cı ilin dekabr ayı üçün qızıl füçersləri 2025-ci ilin sentyabrından bəri ilk dəfə 3 550 dollardan aşağı düşüb. KONKRET.azxəbər verir ki, Bakı vaxtı ilə saat 06:12-də qızılın bir troya unsiyasını

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib

Badamdarda sürüşmə sahəsində çatlar genişlənib. Bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb. . Bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahəd

Ünvanlı dövlət sosial yardımı ilə bağlı MƏLUMAT

Bu ilin doqquz ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına ödənişlər istisna olmaqla, 24,9 min ailəyə 25,7 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçü

Bakıda İLK: Sürücüləri və sərnişinləri nə gözləyir?

Son illər Bakıda ictimai nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi və avtobusların xüsusi zolaqlarla hərəkətinin təmin edilməsi istiqamətində bir sıra addımlar atılır. Bu çərçivədə paytaxtda ilk dəfə avtobuslar üçün xüsus

Bəzi ərazilərdə qaz kəsiləcək

Sabah Qazax rayonunun bir kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, aşkar edilmiş qaz sızmalarının aradan qaldırılmas

Əhaliyə bəd xəbər - Bu məhsullar bahalaşdı

Azərbaycanda istehlak qiymətləri 2026-cı ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 faiz artıb. yenisabah-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-oktyabr aylarınd

Azərbaycanda qızıl-zinət bazarında qiymətlər necədir? - AÇIQLAMA

Azərbaycanda qızıl-zinət bazarında qiymətlərin formalaşmasına təsir edən əsas amil qızılın beynəlxalq bazar kotirovkalarıdır. xəbər verir ki, bunu -a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrini


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az xeber.az 2026 son xeberler bugun 2026 azerbaycan butun xeberler