Zəhmətkeş qadınlar Tovuzda və Qaxda toplaşırlar - FOTO
15 oktyabr Beynəlxalq Kənd Qadınları Günüdür.
O qadınlar ki, torpağın dilini əla bilirlər, onu nəvazişlə becərir və istehsal etdikləri hər məhsula bacarıqları ilə bahəm sevgilərini də qatırlar.
O qadınlar ki, çətin şəraitdə, mürəkkəb relyefdə keyfiyyəti məhsul yetişdirərək, süfrələrimizə inanılmaz ləzzətlər bəxş edirlər.
Bizim cəsur fermer qadınlarımız bir-birinə dəstək olmaq üçün "Güc birlikdədir"-deyib, Azərbaycan Kənd Qadınları Assosiasiyasında birləşdiriblər.
Bayramlarına töhfələrini isə 11 oktyabrda Tovuz şəhərində keçiriləcək Regional Konfrans və Ərzaq Sərgisində verəcəklər.
Ağdam, Gədəbəy, Goranboy, Tovuz, Qazax və Ağstafa kimi fərqli rayonlardan gəlsələr də, bizim qadınları birləşdirən ortaq cəhətlər çoxdur: əzmkarlıq, böyük zəhmət, əlinin ləzzətini yalnız ailəsinə-çevrəsinə deyil, ölkəsinə tanıtdırmaq istəyi! Elə bu niyyətlə 9:30-dan başlayaraq, kənd qadınlarımız ziyarətçilərini gətirdikləri təbii kənd təsərrüfatı məhsulları və ərzaqlarla zəngin sərgi-satış meydanında sevindirəcək, habelə təcrübələrini bölüşəcəklər.
Beynəlxalq Kənd Qadınları Gününə həsr olunan konfransın açılışı saat 11:00-da reallaşacaq. Konfransa Kənd Təsərrüfatı Nazirliyinin, BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının, Aqrar Kreditlər və İnkişaf Agentliyinın, USAID təşkilatının, Tovuz Rayon İcra Hakimiyyətinin, Azərbaycan Kənd Qadınları Assosiasiyasının, habelə regionda fəaliyyət göstərən Qadın İnkişaf və Müəssisə Qruplarının nümayəndələri qatılacaqlar.
Analoji tədbir 13 oktyabrda Şamaxı, Şəki, Qax, Zaqatala, Balakən, Bərdə və Tərtər rayonlarından olan fermer qadınların iştirakı ilə Qax şəhərində keçiriləcək.
15 oktyabr Beynəlxalq Kənd Qadınları Günündə isə Bakıdakı Park İnn otelində təşkil olunan tədbirdə 30 əməkçi qadın öz alın tərinin, halal zəhmətinin və torpağa bağlılığının layiqli mükafatını alacaq.

Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR