Zelenski: "Hamını geri qaytaracağıq"
Ukrayna ilə Rusiya arasında "minə-min" əsir mübadiləsinə start verildi
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna ilə Rusiya arasında indiyədək ən iri əsir mübadiləsinin ilk mərhələsinin baş tutduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, Türkiyədə razılaşdırılan "minə-min" formulu üzrə mübadilənin ilk mərhələsində 390 nəfər – hərbçilər və mülki şəxslər – artıq vətənə qayıdıb. Zelenski bildirib ki, bu, Türkiyədə keçirilən görüşlərin yeganə əhəmiyyətli nəticəsidir, çünki digər məsələlər hələlik Rusiya tərəfindən bloklanıb. Dövlət başçısı əlavə edib ki, Ukrayna bütün vətəndaşlarını, hərbçilərini və Rusiyada saxlanılan ukraynalı əsirləri geri qaytarmaq üçün çalışacaq.
Prezident qeyd edib ki, növbəti mərhələlər sabah və birigün həyata keçiriləcək. O, cəbhədə mübadilə fondunu təmin edən Ukrayna hərbçilərinə, eləcə də Rusiya təxribatçıları və əməkdaşlıq edən şəxsləri aşkarlayıb fonda əlavə edən hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib.
"Ən vacib olan budur – Ukrayna öz insanlarını evə qaytarır. Biz hamını geri qaytaracağıq. Hər birimizi," – deyə Zelenski vurğulayıb.
Natiq Səlim,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
Zaur Rzayev harada dəfn olunacaq?