Zelenski Putinə çağırış etdi: "Atəşkəsi sabahdan elan edək – liderlər üz-üzə otursun"
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibəyə diplomatik çıxış yolu təklif edib. O, atəşkəsin dərhal elan olunması və liderlər səviyyəsində birbaşa görüşün keçirilməsi təşəbbüsü ilə çıxış edib.
KONKRET.azMusavat.com-a istinadən xəbər verir ki, Prezident mətbuat konfransında bildirib ki, görüşün yeri və vaxtını Rusiya tərəfi özü seçə bilər, əsas məsələ müzakirənin və qərarların qarşılıqlı şəkildə, şəffaf keçirilməsidir.
"Biz təklif edirik ki, görüş bazar ertəsindən başlayaraq istənilən gün baş tutsun. Atəşkəsin əvvəlcədən elan olunması vacibdir. Əgər liderlər görüşəcək və məlum olacaqsa ki, heç bir qarşılıqlı anlaşma, deeskalasiya niyyəti, münaqişəni bitirmək üçün iradə yoxdur, o zaman atəşkəs həmin gün başa çatacaq," – deyə Zelenski bildirib.
Zelenski əlavə edib ki, əgər görüş nəticəsində tərəflərin dialoqu davam etdirmək niyyəti təsdiqlənərsə, atəşkəsin uzadılması mümkün olacaq. O təklif edib ki, bu prosesi ABŞ nəzarətə götürsün.
"Əgər Rusiya tərəfi uzunmüddətli atəşkəs istəmirsə, biz görüşü sabahdan istənilən gün keçirməyə hazırıq," – deyə Ukrayna lideri əlavə edib.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı
Şəhid Əli Heydərovun atası vəfat etdi
Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO