Zelenski Rusiya ilə bağlı MÖVQEYİNİ DƏYİŞDİ
ABŞ Prezidenti Co Baydenin administrasiyası Ukrayna lideri Volodimir Zelenskini Rusiya ilə danışıqlara dair mövqeyini yumşaltmağa məcbur edib.
KONKRET.azxəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Noyabrın 8-də Zelenski Rusiya ilə sülh danışıqlarının bərpası üçün bir neçə şərt irəli sürüb. Bu şərtlərə Ukraynanın ərazi bütövlüyünün bərpası və bütün zərərlərin ödənilməsi də daxildir.
Bundan əvvəl o, Vladimir Putin hakimiyyətdə olduğu müddətdə Moskva ilə dialoqa getməyəcəyini bildirib.
Mənbələrin məlumatına görə, bu addım Kiyev və Vaşinqton arasında bir neçə günlük danışıqlardan və ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivanın Ukraynaya səfərindən sonra atılıb.
Bildirilir ki, ABŞ rəsmiləri Volodimir Zelenskiyə mövqeyini dəyişməyi birbaşa deməyiblər, lakin bildiriblər ki, Kiyev silahlı münaqişəni sülh yolu ilə dayandırmağa hazır olduğunu nümayiş etdirməlidir.
Qeyd edək ki, ötən həftə media Vaşinqtonun Kiyevi danışıqlara hazır olduğunu açıq şəkildə bəyan etməyə çağırdığını yazıb. Bundan sonra Ukrayna Prezidentinin ofisi bəyan edib ki, Rusiya qoşunları çıxarıldıqdan sonra dialoq mümkündür.
İqbal Rzayev,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü