Zelenski Tramp planına qarşı çıxdı: "Nə Krımı, nə də Donbası veririk!"
"Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərini Rusiya ərazisi kimi tanımayacağıq".
KONKRET.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O, Kiyevin Rusiya tərəfindən işğal olunmuş əraziləri heç vaxt hüquqi olaraq Rusiya torpaqları kimi tanımayacağını bildirib.
Onun sözlərinə görə, bu, Ukrayna Konstitusiyasında əks olunmuş prinsipial və dəyişməz mövqedir və bu yanaşmanı neytral mövqe tutmağa çalışan ölkələr də daxil olmaqla, beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti dəstəkləyir.
"Yalnız Ukrayna xalqı öz əraziləri barədə qərar vermək hüququna malikdir. Bütün müvəqqəti işğal olunmuş torpaqlar Ukraynaya məxsusdur", — deyə Zelenski Rusiyanın raket zərbələri ilə dağıdılmış və Kiyevin Svyatoşin rayonunda yerləşən bir binanın önündə keçirilən anım mərasimində çıxışı zamanı vurğulayıb.
Prezident həmçinin qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü məsələsi alyansın bütün üzvlərinin dəstəyindən asılıdır. Ukrayna bu məsələni tərəfdaşlarla, xüsusilə Londonda keçirilən danışıqlarda gündəmə gətirir.
Zelenski ABŞ və Avropa ölkələri tərəfindən Ukraynaya güclü təhlükəsizlik zəmanətləri verilməsinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, bu zəmanətlər hərbi iştirakdan ibarət olmaya da bilər — məsələn, kəşfiyyat məlumatlarının paylaşılması, kibertəhlükəsizlik və hava hücumundan müdafiə sistemlərinin təmin olunması.
Xatırladaq ki, daha əvvəl "Reuters" agentliyi ABŞ-ın Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı təkliflər siyahısını yayımlamışdı. Agentliyin mənbələrinin məlumatına görə, bu sənəd ABŞ-ın keçmiş prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff tərəfindən Parisdə Avropa tərəfdaşlarına təqdim olunub.
Sənəddə Krımın Rusiya nəzarətində olduğu faktının tanınması, eləcə də dörd işğal olunmuş bölgə üzrə Rusiyanın de-fakto nəzarətinin qəbul edilməsi nəzərdə tutulur. Əvəzində isə Ukraynaya neytral status şərti ilə təhlükəsizlik zəmanətlərinin verilməsi təklif olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO
Zaur Rzayev harada dəfn olunacaq?
İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi
Doğum gününüz haqqınızda nə deyir