Zelenski Trampla danışdı: Ukrayna atəşkəsə hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığı apardığını bildirib.
KONKRET.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, tərəflər Ukrayna ilə ABŞ arasında iqtisadi tərəfdaşlığa dair sazişin Ukrayna parlamenti tərəfindən ratifikasiya olunmasını alqışlayıblar. O, bu sənədi "tarixi və əməkdaşlıq üçün yeni imkanlar açan" bir addım adlandırıb.
Danışıqlar zamanı sülhə nail olmaq üçün əlavə səylərin vacibliyi müzakirə edilib. Zelenski Trampı cəbhədəki vəziyyət barədə qısaca məlumatlandırdığını və Ukraynanın artıq bu gündən etibarən 30 günlük atəşkəsə hazır olduğunu vurğulayıb. O qeyd edib ki, bu təşəbbüsə Rusiya da razılıq verməlidir.
"Ukrayna istənilən formatda danışıqlara hazırdır. Amma bunun üçün Rusiya müharibəyə son qoymaq istədiyini ciddi şəkildə göstərməlidir. Bu da tam və qeyd-şərtsiz atəşkəslə başlamalıdır", – deyə Zelenski əlavə edib.
Trampın da müharibənin bitməsini istədiyini və bu yolda dəstəyə hazır olduğunu bildirən Ukrayna lideri, tərəflərin gələcək təmaslar barədə razılığa gəldiklərini qeyd edib.
Natiq Səlim,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı
"Fənərbaxça" Azərbaycan klubunun baş məşqçisini aparır – 3 illik müqavilə təklifi
"Qalatasaray"ın vitse-prezidenti istefa verdi
Azərbaycanın yeniyetmə cüdoçusu Olimpiya çempionu oldu
Şəhid Əli Heydərovun atası vəfat etdi
Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA
Dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq - Yeni mərhələ başlayır
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
"Möcüzə" deyə satılır - Sağlamlığa DƏHŞƏTLİ ziyan vurur
TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
Zaur Rzayev harada dəfn olunacaq?
Doğum gününüz haqqınızda nə deyir