Zelenskidən rus nümayəndələrə ŞOK SÖZLƏR: "Bu, "idiot"luqdur"

Zelenskidən rus nümayəndələrə ŞOK SÖZLƏR: Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın İstanbul danışıqları zamanı irəli sürdüyü "iki-üç günlük atəşkəs" təklifinə sərt reaksiya verib.
KONKRET.azxəbər verir ki, Zelenski rus nümayəndə heyətinin bu təklifini "idiotluq" adlandırıb və qeyd edib ki, "atəşkəs qurbanların meyitlərini götürmək üçün deyil, onların öldürülməsinin qarşısını almaq üçün elan olunmalıdır".
Ukrayna lideri həmçinin bildirib ki, Rusiya tərəfindən təqdim olunan "memorandum" ultimatuma bənzəyir və bu cür şərtlərlə danışıqların irəliləməsi mümkün deyil. Onun sözlərinə görə, cəbhədə komandirlər onsuz da qarşılıqlı şəkildə həlak olmuş hərbçilərin cəsədlərini dəyişirlər və bu, atəşkəs üçün əsas ola bilməz.
Zelenski Prezident Ərdoğanın təklif etdiyi formatda – o özü, Ərdoğan, Tramp və Putin arasında görüşə hazır olduğunu bildirib, lakin əlavə edib ki, belə bir görüşün atəşkəsə gətirəcəyi ilə bağlı nikbin deyil. "Bu görüş baş tutsa belə, mən düşünmürəm ki, real nəticə olacaq", – deyə o vurğulayıb.
Ukrayna Prezidenti həmçinin Rusiyanın qaz infrastrukturuna qarşı kütləvi hücumlarından sonra ölkədə qaz çatışmazlığının yarana biləcəyini də qeyd edib. Onun sözlərinə görə, bu ehtiyacların yarısını qarşılamaq mümkün olub, qalan hissə üçün 1 milyard avroluq ehtiyac var və bu məsələ Norveçin Baş naziri ilə müzakirə olunur.
Zelenski Rusiyanın bir neçə istiqamətdə hücuma keçməyə çalışdığını bildirib: "Ən gərgin nöqtələr Sumi və Pokrovski istiqamətləridir. Biz bütün gücümüzlə onların hücum qrupları formalaşdırmasının qarşısını alırıq".
Prezident rus nümayəndə heyətinin guya ukraynalılar tərəfindən təhdid olunmaları ilə bağlı iddialarına da ironiya ilə münasibət bildirib: "Yəqin onlara kimlərsə zəng edib hədələyir. Amma təəssüf ki, əvvəlki kimi kobud davranışlarını hələ də saxlayırlar, sadəcə indi bir qədər sakitləşiblər".
Sonda Zelenski qeyd edib ki, Rusiya tərəfindən Ukrayna uşaqlarının oğurlanması məsələsində əsas məsələ onların sayı deyil, rusların belə faktı qəbul etməsidir: "Əsas məsələ – onların etiraf etməsidir ki, bu uşaqlar həqiqətən Ukraynadan aparılıb".
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 03 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugun xeberler sonxəbərlər şou biznes xəbərləri