Zəngəzur dəhlizi Cənubi Qafqazı dəyişəcək, rifah və əməkdaşlıq gətirəcək

Zəngəzur dəhlizi Cənubi Qafqazı dəyişəcək, rifah və əməkdaşlıq gətirəcəkZəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək potensialına malikdir.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngilan Konqres Mərkəzində diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.
"Biz inanırıq ki, Zəngəzur dəhlizi təkcə bizim bölgəmiz üçün deyil, həm də daha geniş Avrasiya məkanında böyük üstünlüklər yarada bilər. Bu dəhliz Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək, rifah, əməkdaşlıq və qarşılıqlı əlaqəni gücləndirmək potensialına malikdir. Bu prosesdə Cənubi Qafqaz, o cümlədən Azərbaycan xüsusi diqqət və əhəmiyyət qazanacaq. Müzakirə etdiyimiz kimi, Zəngilan əvvəllər Azərbaycanın uzaq bölgələrindən biri hesab olunurdu, lakin indi o, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişdiyi nöqtədə yerləşən strateji və mərkəzi bölgələrdən birinə çevrilir. Azərbaycan bu yolların tikintisi və inkişafında əsas rol oynayır, öz hissəsini mümkün qədər tez tamamlayır. Zəngilan və digər bölgələr azad olunduqdan sonra biz Qarabağ–Şərqi Zəngəzur bölgəsində genişmiqyaslı bərpa və yenidənqurma işlərinə, o cümlədən nəqliyyat və əlaqələndirici infrastrukturun yaradılmasına başladıq. Artıq yollar, magistrallar və dəmir yolları inşa olunur. Bizim üçün bu əlaqələndirici xətlər – dəhlizlər, yollar və dəmir yolları – sadəcə tikinti yeri deyil, asfalt deyil, bu, sivilizasiyanın özüdür. Yollar minilliklər boyunca bəşər tarixini dəyişib və biz əminik ki, bu gün tikdiyimiz yollar da bütün Qafqaz regionunu dəyişəcək, müxtəlif regionları birləşdirəcək, rifah və əməkdaşlıq gətirəcək. Azərbaycan bu marşrut boyunca regionun tam transformasiyasını səbirsizliklə gözləyir və bütün Cənubi Qafqaz ölkələrinin inkişafına töhfə vermək niyyətindədir. Bir daha, bu səfərimizə qoşulduğunuz üçün hər birinizə təşəkkür edirəm", - Hikmət Hacıyev qeyd edib. / azxeber.com

Siyasi       Tarix: 01 noyabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə


yeni xeberler son xeberler azerbaycan xeberleri xankendi cebheden xeberler xeberler bu gun sonxeber.az