Zəngəzur dəhlizi ilə bağlı Kremlin iki planı: Bu şərtlərlə açılacaq

Zəngəzur dəhlizi ilə bağlı Kremlin iki planı: Bu şərtlərlə açılacaqRusiya tərəfinin Zəngəzur dəhlizi ilə bağlı məsələyə son dövrlər intensiv münasibət bildirməsi təbii olaraq Kremlin maraqlarından irəli gəlir. Belə ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində Rusiyanın Qərbə çıxışları bağlandığından və dünya ilə ticarəti davam etdirmək baxımından Moskvaya alternativ yollar lazımdır.
KONKRET.az xəbər verir ki,bunu açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Onun sözlərinə görə, məhz bu səbəbdən son illər Rusiya Şimal Cənub nəqliyyat dəhlizinin açılması ilə bağlı ciddi işlər aparır:
"Orta dəhlizin əsas komponentlərindən olan və Rusiyanın Yaxın Orta Şərqlə, o cümlədən Türkiyə ilə səmərəli əlaqələrin qurulması üçün önəmli əhəmiyyətə sahib olan Zəngəzur dəhlizi vacib bir faktordur. Məhz bu yolun açılması, xüsusilə də onun Rusiyanın nəzarətində olması Kremlə iki səbəbdən lazımdır. Birinci səbəbi Rusiya həmin dəhlizdə 10 noyabr üçtərəfli bəyanatının şərtlərinə görə nəzarəti həyata keçirərsə bu, Rusiyaya əlavə üstünlüklər verir. Eyni zamanda siyasi baxımdan Rusiyanın maraqlarına uyğundur. İkincisi, məhz bu yolun açılması ilə Rusiya yükləri Türkiyə və Yaxın Orta Şərqə daha rahat şəkildə iri həcmlərlə daşına bilər. Bu səbəbdən Rusiya özünün 2020-ci ildən sonrakı dövrdə əldən buraxdığı imkanları yenidən əldə etmək istəyir.
Belə ki, Rusiyanın 2020-ci ilin noyabrından 2022-ci ilə qədər ki iki illik dönəmdə əslində əlində kifayət qədər rıçaqlar vardı. Rusiya Ermənistanı məcbur edərək Zəngəzur dəhlizi aça bilərdi. Sadəcə olaraq Rusiya bu zaman tərəflər üzərində özünün təsir imkanları saxlamaq məqsədilə Ermənistana çox ciddi təzyiq etmədi. Məhz bu, Rusiyanın özü üçün sonradan problem yaratdı. Ermənistan Qərbə meyil etməklə Qərbdən aldığı təlimatları Rusiyanı prosesdən kənarlaşdırmağa çalışdı ki, bu da Rusiyanın maraqlarına tamamən ziddir. Əslində Rusiyanın hazırda Güney Qafqaza təsir imkanları xeyli dərəcədə zəifləyib".
Politoloq bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edib:
"Rusiyanın mövqeyi ondan ibarətdir ki, Güney Qafqazda proseslər 2020-2022-ci illərdə Rusiyanın iştirakı ilə həyata keçirilən görüşlərdə əldə olunmuş və imzalanmış razılaşmalara əsasən həyata keçirilməlidir. Amma Ermənistan buna razı olacaqmı? Bu, kifayət qədər problematik məsələdir. Rusiyanın Zəngəzur dəhlizinə açılması ilə bağlı Ermənistana təzyiqlərinin nəticə verib verməyəcəyini gələcəkdə görəcəyik. Hazırkı durumda hesab etmirəm ki, Ermənistan Rusiyanın təzyiqlərinə ciddi şəkildə baş əyəcək və Qərbdən gələn təlimatlardan yayınacaq.
Çünki artıq Zəngəzur dəhlizi kifayət qədər intriqa mənbəyinə çevrilib. Bu məsələdə ciddi geopolitik bir mübarizə də var. Rusiyanın təzyiqləri o zaman effektiv olacaq ki, Rusiya Ukrayna cəbhəsində hansısa bir uğur əldə etsin və diqqətini eyni zamanda həm də Güney Qafqaza yönəldə bilsin. Bu baxımdan yaxın perspektiv üçün Rusiyanın təzyiqlərinin hansısa ciddi nəticələrə gətirəcəyini düşünmürəm"./Teleqraf.com

Siyasi       Tarix: 28 avqust 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal oxu.az xeberler valyuta mezenesi metbuat