Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?

Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?Zəngəzur dəhlizinin dəmir yolu hissəsində tunel və körpü layihələri yekun mərhələdədir.
KONKRET.az apa-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC-nin sədrinin müşaviri Tural Abbaslı diplomatik korpus nümayəndələrini məlumatlandırarkən bildirib.
"Tunel divarlarının qazılması üçün dinamitdən istifadə olunur və gündə təxminən 2–3 metr qazıntı aparılır. Qazıntıdan dərhal sonra xüsusi boltlar, məftil və beton vasitəsilə divarlar möhkəmləndirilir. Tunelin ümumi uzunluğu 677 metrdir. Onun ardınca daha bir tunel gəlir, uzunluğu 1067 metrdir. Hər iki tunel bağlanmış boru tipli texnologiya ilə inşa edilir", – o deyib.
ADY rəsmisinin sözlərinə görə, dağ relyefi nəzərə alınaraq tunelin üst hissəsində daşların düşməsinin qarşısını almaq üçün xüsusi qalereya tikilib:
"Tikintiyə başladığımızda ərazi daşlarla dolu idi, buna görə də tuneli qorumaq üçün mühəndislik həll tətbiq etdik. Layihə çərçivəsində ümumilikdə 594 mühəndis qurğusu, o cümlədən 4 tunel və 14 körpü inşa olunur. Regionun ən uzun dəmir yolu körpüsü – 771 metr uzunluğunda körpü də burada yerləşir. Hündürlüyü 35 metr olan körpü isə regionda ən böyük mühəndis qurğularından biri hesab olunur. Tikintinin ümumi irəliləyişi 68 faizdir.
Gələn ilin sonuna qədər sərhədə qədər olan hissədə dəmir yolu çəkilişi başa çatdırılacaq. Daha sonra elektrik, siqnalizasiya, rabitə və abadlaşdırma işləri tamamlanacaq".
Tural Abbaslı əlavə edib ki, layihə çərçivəsində 9 stansiya nəzərdə tutulub: "Hazırda Həkəri və Zəngilan stansiyaları arasında işlər yekunlaşır. Tunelin çıxışında Azərbaycanı İranla birləşdirəcək körpü inşa ediləcək".
ADY sədrinin müşaviri vurğulayıb ki, Araz İqtisadi Zonasında yerləşən "Holcim" zavodunun ehtiyacları üçün dəmir yolunun müəyyən hissəsi artıq istismar olunur və bu il 25 min ton yük daşınıb.
"Texniki baxımdan bu mümkündür. Ətraflı layihə hazır olduqdan sonra həmin 42 kilometrlik hissəni 2–2,5 ilə başa çatdırmaq olar", – ADY rəsmisi Ermənistan ərazisindən keçən dəmir yolu xəttinin bərpası ilə bağlı suala cavabında bildirib.

Siyasi       Tarix: 31 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə


yeni xeberler son xeberler azerbaycan xeberleri xankendi cebheden xeberler xeberler bu gun sonxeber.az