Zəngilan Beynəlxalq Hava Limanı 400 tona qədər olan hava gəmilərini - Qəbul Edə Biləcək - FOTO

Zəngilan Beynəlxalq Hava Limanı 400 tona qədər olan hava gəmilərini - Qəbul Edə Biləcək - FOTOStrateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən beynəlxalq hava limanı regionun inkişafında böyük əhəmiyyət daşıyacaq.
xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin nümayəndəsi Valeh Əmiraslanovla söhbət zamanı bildirdi ki, hava limanının təməl daşı 2021-ci il aprelin ayının 26-da Prezident İlham Əliyev tərəfindən atılıb. May ayından isə Mina Təmizləmə Agentliyi tərəfindən ərazinin minalardan, partlamamış hərbi sursatlardan təmizlənməsinə start verilib. Paralel olaraq təmizlənmiş sahələrdə AZVİRT şirkəti tərəfindən uzunluğu 3 kilometr, eni 60 metr olan uçuş-enmə zolağının torpaq yatağının qazıntısına başlanılıb və sahəsi 60 min kvadratmetr olan və səkkiz hava gəmisi üçün nəzərdə tutulan perronun, uzunluğu 600 metr olan sükan yolunun tikintisinə start verilib.
Həmsöhbətimiz qeyd etdi ki, ötən müddət ərzində paralel olaraq sahəsi 5 min kvadratmetr olan terminal binasının dəmir-beton konstruksiya işləri tamamlanıb, metal konstruksiya quraşdırılıb. Hazırda dam örtüyünün bağlanması işləri həyata keçirilir. Dam örtüyü işlərinin 80 faizi artıq yerinə yetirilib, yaxın zamanlarda bu işlər də tam başa çatacaq. Hava limanının elektrik enerjisi ilə təminatı üçün uzunluğu 10 kilometr olan 35 kVA-lıq hava xətti çəkilib, gücü 1000 kVA olan transformator yarımstansiyası quraşdırılıb. Fasiləsiz elektrik enerjisi üçün əlavə olaraq gücü 1000 kVA olan generator alınıb.
Ərazi ilə tanış olarkən sürətli tikinti işlərinin şahidi olduq. Hava limanının istilik təchizatı üçün qazanxana binası da inşa olunub, su ilə təchiz olunması üçün dərinliyi 250 metr olan artezian quyusu qazılaraq istifadəyə verilib. Hazırda terminal binasının daxilində elektrik, mexanik, arakəsmə divarları memarı işləri görülür. Uçuş-enmə zolağında gecə saatlarında uçuşların təmin olunması üçün transformator binalarının tikintisi yerinə yetirilir və iyun ayında tamamlanaraq istismara verilməsi planlaşdırılır.
Hava hərəkətinin təşkili üçün nəzərdə tutulan qüllə binası tikilib və daxilində elektrik-mexanik işləri yerinə yetirilir. Eyni zamanda uçuş-enmə zolağında hazırda 2 kilometr uzunluğunda, 45 metr enində asfalt örtüyü çəkilib və işlər davam etdirilir. Aeronaviqasiya avadanlıqları üçün nəzərdə tutulan radar qurğusu binasında montaj işlər 100 faiz tamamlanıb. Hazırda aeronavoqasiya qurğuları arasında elektrik və rabitə xəttinin çəkilməsi prossesi yerinə yetirilir.
Zəngilan Beynəlxalq Hava Limanı iki mərhələdə istismara veriləcək, ilk olaraq uçuş-enmə zolağı və hava gəmilərinin idarəetmə aeronaviqasiya qülləsi iyul ayında istifadəyə veriləcək. Hava limanı saatda 200 sərnişin üçün nəzərdə tutulub və perronda 8 ədəd hava gəmisinin dayanması mümkün olacaq. Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları yaradılacaq. Avadanlıq və materiallar İtaliya, Almaniya və Türkiyədən gətirilib.
İkinci mərhələdə, yəni avqustun sonu – sentyabrın əvvəlində Zəngilan Beynəlxalq Hava Limanı tam istifadəyə veriləcək. Hava limanı uçuş kütləsi 400 tona qədər olan təyyarələri qəbul edə biləcək.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra beynəlxalq statuslu daha iki aeroport tikilməkdədir. Onlardan biri də Zəngilan hava limanıdır. Digəri isə Laçın rayonunun ərazisində inşa olunur. (Azərtac)
Zəngilan Beynəlxalq Hava Limanı 400 tona qədər olan hava gəmilərini - Qəbul Edə Biləcək - FOTOZəngilan Beynəlxalq Hava Limanı 400 tona qədər olan hava gəmilərini - Qəbul Edə Biləcək - FOTOZəngilan Beynəlxalq Hava Limanı 400 tona qədər olan hava gəmilərini - Qəbul Edə Biləcək - FOTOZəngilan Beynəlxalq Hava Limanı 400 tona qədər olan hava gəmilərini - Qəbul Edə Biləcək - FOTOZəngilan Beynəlxalq Hava Limanı 400 tona qədər olan hava gəmilərini - Qəbul Edə Biləcək - FOTOZəngilan Beynəlxalq Hava Limanı 400 tona qədər olan hava gəmilərini - Qəbul Edə Biləcək - FOTOZəngilan Beynəlxalq Hava Limanı 400 tona qədər olan hava gəmilərini - Qəbul Edə Biləcək - FOTOZəngilan Beynəlxalq Hava Limanı 400 tona qədər olan hava gəmilərini - Qəbul Edə Biləcək - FOTOZəngilan Beynəlxalq Hava Limanı 400 tona qədər olan hava gəmilərini - Qəbul Edə Biləcək - FOTOFed.az
Peşəkar oftalmoloq Günel Xalıqverdiyeva ilə əlaqə /konkret.az

Sosial       Tarix: 30 may 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxabar cəbhədən son görüntülər en son xeber son xeberler 2026