Zərdabda evdə baş verən yanğında 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Zərdabda evdə iki nəfərin ölümü ilə nəticələnən yanğında daha üç ailə üzvü xəsarət alıb.
KONKRET.az-ın məlumatına görə, xəsarət alanlar 6 yaşlı Əhmədov Gülməmməd və nənəsi Gülayə Əhmədova ağır yanıq xəsarətləri ilə Bakıya çatdırılıb. Yaralılar 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.
Hadisə zamanı evdə olan azyaşlıların babası Ağabala Əhmədov isə yüngül xəsarət aldığı üçün ona ilkin tibbi yardım göstərilib.
Qeyd edək ki, rayonun Çallı kəndində baş verən hadisə zamanı ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
09:18
Zərdab rayonunun Çallı kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1993-cü il təvəllüdlü Əhmədova Pərvanə Kərim qızı və 2013-cü il təvəllüdlü Əhmədli Gülayə Pərvin qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar