Zərdüşt Əlizadə: "İranla təhlükə hər zaman mövcuddur"

Zərdüşt Əlizadə: İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani çıxışlarında bildirib ki, rəsmi Tehran Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpa ediləcəyinə ümid edir. O, bu xüsusda müsbət dinamika kimi İran və Azərbaycan xarici işlər nazirlərinin telefon danışığını qeyd edib. Bəs İrandakı səfirliyimizin bərpası mövcud şəraitdə nə qədər realdır? Xatırladaq ki, cari ilin 27 yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həyatını itirdi, daha iki əməkdaş yaralandı. Nəticədə diplomatik missiyanın və onun əməkdaşlarının təhlükəsizliyi ilə əlaqədar olaraq yanvarın 30-da səfirliyin fəaliyyəti dayandırıldı.
Politoloq Zərdüşt Əlizadə mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandırıb.
– Zərdüşt müəllim, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirib ki, rəsmi Tehran Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpa ediləcəyinə ümid edir və bu istiqamətdə "yol xəritəsi" hazırlanır. Mövcud vəziyyəti nəzərə alsaq, İrandakı səfirliyimizin bərpası mümkündürmü?
– Səfirliyə hücum edən şəxs barəsində məhkəmə ədalətli qərar verəndən və bu təxribatı həyata keçirmiş şəxslər və ya təşkilatlar cəzalanandan sonra Azərbaycan tərəfi səfirliyin bərpasına razılıq verəcək. Yəni proseslər bu istiqamətdə dəyərləndirilməlidir.
– Bəs mövcud vəziyyətdə səfirliyin fəaliyyəti bərpa olunandan sonra yenidən eyni təhlükə yaşana bilərmi?
– Təhlükə hər zaman mövcuddur. Sadəcə bu təhlükənin dərəcəsi var. Əgər İran tərəfi bu təxribatı törətmiş şəxslərə layiqli cəza verərsə, ondan sonra bu təhlükənin dərəcəsi də bir xeyli azalmış olar. Xatırladaq ki, İranda uzun müddət Səudiyyə Ərəbistanının da səfirliyi fəaliyyətini dayandırmışdı. Və münasibətlər tənzimlənəndən sonra yenidən həmin səfirlik açıldı. Açığı, İranda səfirliklərə hücum etmək adət olunmuş haldır.
– Səfirliyin fəaliyyəti bərpa olunmasa, hansı proseslər baş verə bilər?
– Əgər səfirliyin fəaliyyəti bərpa olunmasa, münasibətlər indiki səviyyədə qalacaq.
– Az öncə məhkəmənin ədalətli qərar çıxarmasına toxundunuz. Terror aktıyla bağlı kifayət qədər fakt olduğu halda, qərarın gecikməsi Azərbaycan tərəfindən birmənalı qarşılanmır. Sizcə, İran qərar çıxarmaqda niyə gecikir?
– Əgər Azərbaycan tərəfi həmin cinayətkarın məhkəməsindən narazıdırsa, onu kim məcbur edə bilər ki, səfirliyinin fəaliyyətini bərpa etsin? Burada yalnız bir variant qalır, o da səfirliyi açmamaq. Vəssalam!
– Bəs bütün bu proseslərin fonunda İran – Azərbaycan münasibətlərinin inkişafını necə görürsünüz? Münasibətlər yenə gərgin olaraq qala və ya müsbətə doğru dəyişə bilərmi?
– Obyektiv olaraq hər iki ölkənin əhalisi arasında münasibətlərin normal olması əlverişlidir. Çünki biz yad deyilik, doğma xalqlarıq. Bizim xalqımızın üçdəikisi İranda yaşayır, ortaq mədəniyyətimiz, iqtisadi maraqlarımız var. Buna baxmayaraq, bəzi qüvvələr bu yaxınlığa zidd hərəkətlər edir və bunun da cəzasını alırlar.
– Bu gərginliyin fonunda Azərbaycan tərəfindən dəfələrlə güney azərbaycanlıların hüquqları gündəmə gətirildi. Ancaq hazırda bu məsələdə sanki bir durğunluq hiss olunur. Bu məsələ rəsmi Bakı tərəfindən daim aktuallığını qorumalıdırmı?
– Güney Azərbaycanda yaşayan insanların hüquqları haqda tez-tez fikirlər səslənir. Ancaq bu tələblər müstəqil Azərbaycan Respublikasında insanların hüquqlarına hörmət edilmədiyi müddətdə öz mənasını itirəcək. Yəni bu gün müstəqil Azərbaycanda insanların hüquqları addımbaşı pozulursa, biz hansı haqla Cənubdakı insanların hüquqlarına hörmət tələb edə bilərik?
– Onda belə çıxır ki, nə qədər ki, Güney Azərbaycan məsələsi aktualdır, münasibətlərdə də bir o qədər irəliləyiş olmayacaq.
– Obyektiv zərurət olan mehriban qonşuluq münasibətləri o zaman mümkün ola bilər ki, hər iki ölkədə qarşı tərəfin milli maraqlarını düzgün təhlil edib qiymətləndirə bilən hakimiyyətlər olsun.
– Hazırkı İran hakimiyyətinin mövcudluğu fonunda biz bu inkişafı gözləyə bilərikmi? Yoxsa hakimiyyət dəyişikliyi lazımdır?
– Bu, İran xalqının işidir, bizim işimiz deyil. Bizim işimiz Azərbaycanda hakimiyyətin xalqa xidmət etməsini təmin etməkdir. Biz başqa bir dövlətin daxili işinə qarışıb, nəyisə tələb edə bilmərik. Bu, bizim haqqımız deyil. Bütün ölkələr öz daxilində haqq-ədalətə xidmət edən quruluşlar qurmalıdır.
Mərahim Nəsib,
KONKRET.az

Siyasi       Tarix: 28 dekabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam az xeberler cəbhədən görüntüleri krimnal bugun cəbhədən son durum