Hörmüzdə baş verənlər Azərbaycan və Türkiyəyə BELƏ TƏSİR EDƏCƏK - YENİ DETALLAR

Hörmüzdə baş verənlər Azərbaycan və Türkiyəyə BELƏ TƏSİR EDƏCƏK - YENİ DETALLARİranın Hörmüz boğazından keçən gəmilərdən rüsum tələb etməsi ilə bağlı müzakirələr qlobal ticarət və enerji bazarlarında yeni riskləri gündəmə gətirib. Dünyanın ən mühüm enerji nəqli marşrutlarından biri hesab olunan bu boğazda yaranan istənilən gərginlik neft qiymətlərindən tutmuş logistika xərclərinə qədər geniş zəncirvari təsirlər yaradır. Bu isə xüsusilə idxaldan asılı ölkələr üçün əlavə inflyasiya təzyiqləri deməkdir. Bəs İranın bu addımı Azərbaycan daxil olmaqla region ölkələrində məhsul qiymətlərinin artmasına səbəb ola bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, ümumilikdə boğazda yaranan hər hansı gərginlik dünya bazarında enerji qiymətlərinə birbaşa təsir göstərir:
Hörmüzdə baş verənlər Azərbaycan və Türkiyəyə BELƏ TƏSİR EDƏCƏK - YENİ DETALLAR"Artıq bu proses qlobal iqtisadiyyatda resessiya meyillərini gücləndirib. Enerji qiymətlərinin bahalaşması, logistika xərclərinin artması xüsusilə Asiya ölkələrinin, o cümlədən Hindistan kimi iri iqtisadiyyatların ticarətinə ciddi təsir edir. Bu isə ümumilikdə dünya iqtisadiyyatında geriləmə və inflyasiya təzyiqlərinin artması ilə nəticələnir".
Onun sözlərinə görə, Asiya ilə Avropa arasında ticarət əlaqələri də bu gərginlikdən zərər görür:
"Yük daşımalarının ləngiməsi və əlavə xərclər məhsulların bahalaşmasına gətirib çıxarır. Əgər gələcəkdə gəmilərin hərəkəti üçün sabit rüsum tətbiq olunarsa, bu artıq daimi xərclərə çevriləcək və qlobal iqtisadiyyatda uzunmüddətli qiymət artımına səbəb olacaq.
Hazırkı vəziyyət daha çox müvəqqəti hərbi-siyasi gərginlik xarakteri daşıyır. Lakin rüsumların qalıcı olması halında təsirlər daha geniş miqyas alacaq".
Azərbaycana təsirlərə gəlincə, iqtisadçı hesab edir ki, birbaşa risklər məhduddur:
"Azərbaycanın neft və qaz ixrac marşrutları fərqli istiqamətlərdədir və Hörmüz boğazı ilə birbaşa bağlı deyil. Eyni zamanda bu marşrutdan istifadə edən ölkələrlə ticarət dövriyyəmiz geniş deyil.
Bununla belə, dolayısı təsirlər qaçılmaz hesab olunur. Qlobal bahalaşma xüsusilə Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyə üzərindən hiss edilə bilər. Türkiyədə xərclərin artması Azərbaycana idxal olunan məhsulların da bahalaşmasına gətirib çıxara bilər. Yəni təsir birbaşa deyil, dolayı kanallar vasitəsilə özünü göstərəcək".
İqtisadçı əlavə edib ki, hazırda dünya bazarında neft qiymətlərinin yüksək olması Azərbaycanın gəlirlərini artırır və mövcud risklərin qismən kompensasiyası üçün imkan yaradır. Lakin Hörmüz boğazında rüsumların daimi xarakter alacağı təqdirdə, qlobal iqtisadiyyatda olduğu kimi Azərbaycanda da mənfi təsirlərin hiss olunacağı istisna edilmir.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 31 mart 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun sonxəbərlər en son xeberler bu gun krminal bu gun