Zeytundan alınan yağ və hazırlanan konservlər çox xeyirlidir

Zeytundan alınan yağ və hazırlanan konservlər çox xeyirlidirHəmişəyaşıl zeytun uzunömürlü və quraqlığa davamlı ağacdır. Onun kökləri torpağın daha dərin qatlarına nüfuz etdiyinə görə quraqlıq bölgələrdə bitir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qədim misirlilər və yunanlar zeytunu mifik bir ağac kimi göydən endiyinə inanırdılar. Müalicəvi xüsusiyyətlərini bildiklərinə görə hazırladıqları bütün məlhəm və dərmanların əsasını zeytundan alınan yağ və ya digər məhsullar təşkil edirdi. Hippokrat su olmayan yerlərdə onun əvəzinə zeytun yağından istifadə etməyi məsləhət görürdü. Zeytunun yağı qədim şərq qadınları üçün saç maskası, qədim Hindistanda isə ətir və məlhəm rolunu oynayırdı.
Texniki məqsədlər üçün də istifadə olunan zeytun yağı ilə brilyant qaşlara xüsusi parıltı verirdilər. Ağacların oduncağından hökmdarlar üçün əsa hazırlanır, onun budaq və yarpaqlarından hazırlanmış çələnglər təklif edilir, yağı ilə dəriyə qulluq olunur, məbədlər və müqəddəs yerlər həmin yağla işıqlandırılırdı.
Müalicəvi əhəmiyyət daşıyan zeytun plantasiyalarının çox olduğu ölkələrdə ürək-damar xəstəliklərinə az rast gəlinir. Zeytundan alınan yağ, hazırlanan turşu və konservlər çox xeyirlidir.
Zeytun yağının insan orqanizmi üçün faydası çoxdur: immuniteti artırır və bəzi xəstəliklərin qarşısının alınmasına kömək edir. Uşaqlarda sümük sisteminin formalaşmasında, yaşlılarda isə sümük əriməsinin qarşısının alınmasına kömək edir. Mədə- bağırsaq sistemində yara və xoraların sağalmasına çox müsbət təsir göstərir, kiçik ölçülü böyrək daşlarının orqanizmdən xaric olunmasında çox səmərəli təsirə malikdir.
Gün ərzində 8-10 ədəd duza qoyulmuş zeytun yemək, yaxud 1 və ay 2 xörək qaşığı zeytun yağını suya qatıb içməklə çox yaxşı nəticələr əldə etmək olar. Onun qəbulu həm də ödqovucu təsir göstərir.
Zeytun meyvələri göy halda və ya tam bioloji yetişmə dövründə yığılır. Tam yetişmiş meyvələrin qida dəyəri daha yüksəkdir. Onların tərkibindəki yağın miqdarı 65-75 faizə çatır. Zeytunun tərkibindəki yağların əksəriyyəti doymamış yağlardır. Tərkibində bədən üçün zəruri olan Omeqa-6 ötürücüsü var. Ehtiva etdiyi antioksidantlar sayəsində bədənin zərərli maddələrlə zədələnməsinin qarşısını alır, hüceyrələri təzələyir, onlara zərər verən və qocaldan, sərbəst radikallara təsir edən E vitamini ilə zəngin olduğuna görə toxuma və orqanların yaşlanmasını ləngidir, dərini təravətli saxlayır və qırışların yaranmasının qarşısını alır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 13 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

ÜST-dən xəbərdarlıq: "Görünməmiş sürətlə yayılır"

"Açıq deməliyik ki, epidemiya hələ də nəzarət altında deyil. Böyük bir üstünlüklə başladı və biz hələ də onun qarşısını almağa çalışırıq". KONKRET.azqafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyy

Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test

Yaş artdıqca bədənimiz bir çox hərəkəti əvvəlkindən bir qədər yavaş yerinə yetirir: gündəlik gəzintilərimiz qısalır, dözümlülük azalır, beynimiz isə əvvəlki kimi iti olmur. Bu, insanların əksəriyyətinin yaşadığı ümumi prosesdir

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xabar kriminal xeberler cəbhədən video valyuta