Zökəmlə necə mübarizə aparmali?

Zökəmlə necə mübarizə aparmali?Zökəm (rinit) - burun boşluğu selikli qişasının iltihabi xəstəliyidir. Gedişinə görə rinitlər kəskin və xroniki ola bilirlər. Statistikaya görə iqtisadi inkişaf etmiş ölkələrdə rinitə əhalinin 15-20%-də rast gəlinir. Zökəm KRVİ-nın ən çox təsadüf olunan simptomudur, belə ki, soyuqlar düşən zaman (və ya quruluq zamanı- istilik sistemi işə düşən müddətdə quru hava) burun boşluğunun selikli qişasının qan təchizatı pozulur və yerli immun sistemi zəifləyir. Zökəm zamanı selikli qişanın ödemi və burunətrafı ciblərdə yığılan qatı selik səbəbindən bakterial infeksiyanın qoşulması irin əmələ gəlməsinə səbəb olur, bu da cərrahi müdaxilənin aparılmasına gətirib çıxara bilər. Rinitin digər ağırlaşması - orta qulağın iltihabının (otit) inkişafına səbəb olan eşitmə borularının keçiriciliyinin pozulmasıdır.
Zökəmin ən geniş yayılmış səbəbləri: KRVİ, vazomotor rinit (allergik rinit), adenoidlər (burun-udlaq badamcıqlarının patoloji törəmələri), burun boşluğunda yad cisimlər, sinusit (burunətrafı ciblərin kəskin və ya xroniki iltihabı), medikamentoz rinit, burunun travması, burun çəpərinin əyriliyi.
Zəkəmin əsas simptomlarına aiddirlər: Kəskin baş ağrıları, qulaqda ağrılar, bədən temperaturunun 38,5°С-dək artması, burun boşluğundan xoşagəlməz qoxu, burundan qanlı və irinli ifrazatlar, burunun bir boşluğundan olan ifrazatlar, 1 həftədən çox öskürəklə muşayət olunması.
Güclü zökəmi necə müalicə etməli? Reseptsiz preparatlar vasitəsi ilə simptomatik müalicə ancaq allergik və KRVİ zamanı olan rinitlərdə mümkündür. Qalan hallarda isə həkimə müraciət etmək lazımdır. Böyüklər üçün dərman seçməmişdən əvvəl rinitin əmələgəlmə səbəblərini bilmək lazımdır. Ondan asılı olaraq bu preparatlar lazım ola bilər: allergiyaəleyhinə, virusəleyhinə, antibakterial preparatlar (antibiotiklər), qlükokortikosteroidlər. Bu preparatlar müəyyən əks göstəriş və əlavə təsirə malikdirlər. Ona görə də onları həkim təyinatı olmadan istifadə etmək olmaz. Müxtəlif səbəblərdən yaranan zökəmin müalicəsində daha iki tip preparat istifadə olunur - damardaraldıcı preparatlar və dəniz suyu tərkibli tibbi vasitələrdir. Damardaraldıcı preparatları müntəzəm olaraq istifadə etdikdə, artıq 7-ci gün onlara öyrəşmə meydana çıxır. Onu da qeyd etmək lazımdır ki, burun boşluğunun patoloji vəziyyətinə görə damardaraldıcı spreylərin və damcıların təsiri zəifləyə bilər. Buna görə də onları istifadə etməzdən əvvəl burun boşluğunu dəniz suyu məhlulu ilə yumaq məsləhət görülür. Dəniz suyu məhlulu burun boşluğu selikli qişasını çirklənmədən, zərərli virus və bakteriyalardan  qoruyur, dərman preparatlarının biomənimsənilməsini artırır.
Dəniz suyu məhlulları niyə burun üçün xeyirlidir? Təbii dəniz suyunun mineral tərkibi qanın və orqanizmin mayelərinin  tərkibinə yaxındır. Ona görə də dəniz suyu selikli qişanı qıcıqlandırmır və quruluq əmələ gətirmir. Bundan başqa dəniz suyunun tərkibində burun boşluğunun daxili qoruyucu təbəqəsini bərpa edən çoxlu xeyirli mikroelementlər vardır. Dəniz suyu tərkibli vasitələr seliyi duruldur, onun asanlıqla xaric olunmasını təmin edir və burun boşluğunu patogen mikroblardan, infeksiya törədicilərindən, allergenlərdən təmizləyir. Bu tərkibli tibbi vasitələr yumşaq və təbii təsir göstərir. Qeyd etmək lazımdır ki, dəniz suyu tərkibli tibbi vasitələri uzun müddət ərzində və eləcə də profilaktik məqsədlərlə istifadə etmək olar.
Materialda əks olunmuş məlumatlar müxtəlif qaynaqlardan, o cümlədən elmi-populyar məqalələr, internet materialları, rəsmi hesabatlar və s. əldə olunmuş, ümumiləşdirilmiş, tərcümə edilmiş və sistemləşdirilmişdir. Materiallardan istifadə olunduqda www.aptekonline.az saytına istinad olunma mütləqdir.
Oxuduğunuz məqalənin əsas mövzusu olan xəstəliyə qarşı, eləcə də digər xəstəliklərə qarşı effektiv və güclü mübarizə aparmaq üçün keyfiyyətli, təbii dərman vasitələri, kosmetoloji vasitələr, gigiyena və təmizlik vasitələri, uşaq qidaları və tibbi ləvazimatlar üçün 24 saat operativ xidmət   göstərən *7700 - təcili dərman çatdırılma xidmətinə müraciət edə bilərsiniz.
Sifariş üçün:
+99455 251 77 00 (Whatsapp) nömrəsinə yaza və ya *7700 nömrəsinə zəng edə bilərsiniz.
Çatdırılma ÖDƏNİŞSİZDİR. /news.milli.az

Sağlamlıq       Tarix: 11 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv


azerbaycan xeberleri son xeberler yeni xeberler kriminal bugun en yeni xeberler siyaseti xeberler bugun novruz bayramı