Züqanov: Heydər Əliyev nə mümkündürsə, edirdi ki, respublikanın sərvətləri ölkəyə, vətəndaşlara xidmət etsin

Züqanov: Heydər Əliyev nə mümkündürsə, edirdi ki, respublikanın sərvətləri ölkəyə, vətəndaşlara xidmət etsinZüqanov: Heydər Əliyev nə mümkündürsə, edirdi ki, respublikanın sərvətləri ölkəyə, vətəndaşlara xidmət etsin
Heydər Əliyevin doğum gününün 97-ci ildönümü ərəfəsində belə bir oğul yetişdirən Azərbaycana baş əymək və ona təşəkkür etmək istərdim.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyası Kommunist Partiyasının (RF KP) sədri Gennadi Züqanov bu fikri "Moskva-Bakı" portalına müsahibəsində söyləyib. O vurğulayıb ki, Heydər Əliyev ən istedadlı rəhbərlərdən biridir.
G.Züqanov deyib: "Mənim bəxtim gətirib – onunla yaxın tanış idim. Bir dəfə onunla birlikdə bir məruzə hazırlayırdıq. Heydər Əliyev bu işin öhdəsindən çox ustalıqla gəlirdi. O hələ Moskvada işləyən vaxt mən onunla dostluq edirdim. Yadımdadır, mən Azərbaycan Respublikasının indiki Prezidenti İlham Heydər oğlu ilə bərabər Avropa Şurasında işləyən vaxt atası gəlir, çıxış edirdi, xatırlayıram, o İlham Heydər oğluna dedi ki, Züqanovlar bizim böyük dostlarımızdır".
RF KP-nin rəhbəri vurğulayıb ki, Heydər Əliyev Azərbaycanın xilaskarıdır. Siyasətçi deyib: "Heydər Əliyev Naxçıvana yola düşdü və Azərbaycanda vəziyyət gərginləşəndə tanınmış, hörmətli ictimai xadimlər ona müraciət etdilər, onda Heydər Əliyev vəziyyəti tənzimləmək üçün məsuliyyəti öz üzərinə götürdü. O, milli barışığa, təhrikçiləri sakitləşdirməyə nail oldu. O, pravoslav məbədinə gəldi, baş keşişdən hamını oraya yığmasını xahiş etdi, sonra Azərbaycanda yaşayan ruslara müraciətlə xahiş etdi ki, onlar respublikadan getməsinlər, dedi ki, onların təhlükəsizliyinə zamin olacaq. Və bunun üçün nə lazımdırsa, etdi".
G.Züqanov vurğulayıb ki, bu gün Azərbaycan – məktəblərdə rus dilinin tədris edildiyi, rus dilinə çox yaxşı münasibət bəslənilən azsaylı respublikalardan biridir.
Rusiyalı siyasətçi sonda deyib: "Mən Bakıda, Puşkin adına gimnaziyada oldum, oradakı çıxışlar, bizim böyük şairimizin əsərlərini necə sevə-sevə oxumaları məni heyran etdi. Ölkədə rus dilinin qorunub saxlanılması siyasəti çox düzgün, müdrik siyasətdir. Mən bir neçə dəfə Bakıda olmuşam. Məni dəfələrlə oraya dəvət ediblər. Bakı əsl beynəlmiləl şəhərdir. Birinci Avropa oyunları vaxtı Bakıda olmuşam. O vaxt da sevindim ki, respublika kifayət qədər əzmlə inkişaf edir. Mən dünyanın 80 ölkəsində olmuşam və deyə bilərəm ki, Bakıdakı kimi gözəl dənizkənarı bulvar, bəlkə də heç yerdə yoxdur. İnsanlar üçün əla yerdir. Şəhərdə çoxlu gül-çiçək var. Heydər Əliyev nə mümkündürsə, edirdi ki, respublikanın sərvətləri ölkəyə, vətəndaşlara xidmət etsin. Biz görürük ki, müdrik siyasətin sayəsində Azərbaycan inamla inkişaf edir. Respublikada müasir infrastruktur yaradılıb, yollar çox gözəldir. Ölkədə insanları dəstəkləyirlər. Bu da çox yaxşı haldır ki, indiki Prezident İlham Heydər oğlu Əliyev öz atasının siyasətini davam və inkişaf etdirir. Məhz belə siyasət sayəsində Azərbaycan aparıcı respublikalar sırasına çıxıb". /oxu.az

Siyasi       Tarix: 10 may 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xabar xeber.az 2026 en son xeberleri son xabarlar