100 şagirdin məktəb çantasını birlikdə hazırlayaq: "Onu oxut" ianə aksiyası başladı

100 şagirdin məktəb çantasını birlikdə hazırlayaq: Qırmızı Ürəklər Fondu aztəminatlı ailələrdən olan ibtidai sinif şagirdlərinə dəstək məqsədilə "Onu Oxut" aksiyasını davam etdirir. 17–31 avqust tarixlərində keçiriləcək yeni aksiya çərçivəsində 100 şagirdin məktəbə zəruri hazırlığına dəstək göstəriləcək. 
5 sentyabr Beynəlxalq Xeyriyyəçilik Günü münasibətilə keçirilən aksiya çərçivəsində toplanacaq ianələr hesabına məktəb çantaları və zəruri məktəb ləvazimatları alınacaq. Hazırlanan çantalar yeni tədris ili başlamazdan əvvəl aztəminatlı ailələrdən olan 100 ibtidai sinif şagirdinə hədiyyə ediləcək. Uşaqların müəyyənləşdirilməsi yerli icra orqanlarının dəstəyi ilə həyata keçiriləcək.
Aksiyaya dəstək olmaq istəyən hər kəs Birbank mobil tətbiqindəki "Xeyriyyəçilik" bölməsinə daxil olaraq və ya posterdə olan QR kodu oxudaraq Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyasına ianə edə bilər. Edilən hər bir ianə bir şagirdin sevincinə, məktəbə hazırlığına və yeni dərs ilinə daha yüksək əhvalla başlamasına töhfə verəcək. 
Qeyd edək ki, "Onu Oxut" aksiyası Qırmızı Ürəklər Fondunun təhsilə dəstək istiqamətində həyata keçirdiyi sosial təşəbbüslərdən biridir. Layihə çərçivəsində daha əvvəl də sosial həssas qruplardan olan gənclərin təhsilinə dəstək göstərilib. Yeni aksiya isə ibtidai sinif şagirdlərinə yönəlib. Qırmızı Ürəklər Fondu hər bir uşağın təhsil imkanlarına çıxışının dəstəklənməsini cəmiyyətin gələcəyinə verilən töhfələrdən biri hesab edir və bu istiqamətdə layihələrini davam etdirir.
"Red Hearts" – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün  saytına daxil ola bilərsiniz. / azxeber.com

İqtisadiyyat       Tarix: 20 avqust 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

AccessBank tender elan etdi

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. xəbər verir ki, bankın məlumatında deyilir ki, tender WEB Application Firewall üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətrafl

Honor X9d və Honor Turbo: hansı dözümlü smartfon daha uzun müddət enerji saxlayır?

Bir şarjla gün ərzində rahat işləmək, təsadüfi zərbələrdən qorxmamaq və bütün bunları ağır korpusa ehtiyac duymadan əldə etmək istəyənlər üçün HONOR-un iki maraqlı modeli var! HONOR X9d və HONOR Turbo böyük batareyaları

Birbank-ın "Böl-ödə" krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün

Birbank müştərilərinə alış-veriş xərclərini daha rahat planlaşdırmaq üçün yeni fürsət təqdim edir. 4 noyabr-4 dekabr 2026-cı il tarixlərində reallaşdırılan kampaniya çərçivəsində minlərlə partnyor mağazada "Böl-ödə"

Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz? - Bank ekspertindən məsləhət

Telefonunuza zəng gəlir. Qarşı tərəf özünü bank əməkdaşı və ya güc strukturunun nümayəndəsi kimi təqdim edir və hesabınızda şübhəli əməliyyat aşkarlandığını deyir. Problemi həll etmək üçün sizdən SMS-lə gələn kodu deməyinizi

Gələn il bu müavinətlər artırılacaq

2027-ci ildə uşağın doğulmasına görə birdəfəlik və 3 yaşınadək uşaqlara qulluğa görə aylıq sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə

"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir

"AzərsunHoldinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir. Ölkəmizdə ərzaqtəminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfəverən "Azərsun Holdinq" yerli fermerlərdə

"Trendyol"da "Əfsanə günlər " başlayır

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri "Trendyol" noyabr ayının səbirsizliklə gözlənilən alış-veriş mövsümündə "Əfsanə günlər" kampaniyasın

Azərbaycanda ən çox qazananlar bu sahələrdə çalışır

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Trend-ə istinadla xəbər veri

FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər

Sənaye, energetika və mədən sektorundakı şirkətlər iyundan bu günədək süni intellekt (Sİ) infrastrukturuna investorların marağının azalması səbəbindən bazar dəyərini 4,2 trilyon dollar itiriblər. -un məlumatına görə, bu barəd


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az xeber.az 2026 son xeberler bugun 2026 azerbaycan butun xeberler